300 günlük müharibə: Zelenski hərbi Ukraynanın qəhrəmanlıq görüntülərini nümayiş etdirdi – Foto

Dekabrın 20-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından 300 gün keçir. Hər bir ukraynalı təcavüzkarı məğlub etmək üçün ümumi işə öz unikal töhfəsini verir. Bunu prezident Vladimir Zelenski deyib və Ukraynanın hərbi fotolarından ibarət daha bir seçmə dərc edib. “Müdafiə qüvvələrimizin, bütün xalqımızın qəhrəmancasına müqavimət göstərdiyi hər gün bütün Ukraynanın nəhayət qələbəni – qələbəni və sülhü…

“Erməni separatçıları sərvətlərimizin talanmasına və mina terroruna son qoymalıdırlar”

“Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisində erməni separatçıları sərvətlərimizin talanmasına son qoymalıdırlar. Onların ekoloji və mina terrorlarını dayandırmalarını tələb edirik”. Bunu “Report”a açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçısı, “Beynəlxalq Avrasiya Mətbuat Fondu” QHT-sinin əməkdaşı, mina qurbanı Zabil Məmmədov deyib. “Təəssüf ki, hər ay Azərbaycan vətəndaşları ermənilərin basdırdığı minalara düşərək sağlamlıqlarını itirir, yaxud şəhid olurlar. Hər kəsə…

Kliçko Rusiyanın Kiyevə hücumunun nəticələrindən danışıb

Dekabrın 19-da səhər saatlarında Rusiyanın Kiyevə hücumu nəticəsində paytaxtda işıq və istiliklə bağlı problemlər yarana bilər. Platform4.news xəbər veririr ki, Kiyev meri Vitali Kliçko Telegram-da bildirib ki, kritik infrastruktura ziyan dəyib. “Energetika və istilik işçiləri enerji və istilik təchizatı ilə bağlı vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün çalışırlar”, – Kliçko vurğulayıb. Prezident Administrasiyası rəhbərinin müavini…

Moldovada dövlət dili dəyişdiriləcək

Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası qanunlardakı dövlət dilinin adını Moldova dilindən tamamilə eyni olan rumın dilinə dəyişəcək. Bunu şənbə günü “Moldova-1” telekanalına müsahibəsində partiya sədri İqor Qrosu deyib. “”Hazırda belə müzakirələr gedir, amma bu ilin sonuna qədər vaxtımız olmayacaq. Üstəlik, belə mühüm və simvolik qərarın qəbul edilməsi hansısa vacib hadisə ilə üst-üstə düşməlidir”, –…

Ukraynada “Avroviziya” üçün milli seçimlər bomba sığınacağında keçirilib

Ukraynanın “Avroviziya” Mahnı Müsabiqəsi üçün milli seçimi qeyri-standart şərtlərlə keçirilib. Yerli mətbuatın məlumatına görə, tədbir bomba sığınacağında aparılıb. Seçimdə on ifaçı və qruplar iştirak edib. Onlar təhlükəsizlik baxımından bomba sığınacağında yarış təşkil ediblər. Tədbir tamaşaçılarsız baş tutub. Seçimləri TVORCHI dueti qazanıb. Xatırladaq ki, bu il Ukraynanın “Kaluş Orkestri” qrupu “Avroviziya”da birinci yeri tutub. Adətən qalib ölkə növbəti il…

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb

Dekabrın 18-də Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket atıb. Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, Yaponiya mühafizə gəmiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə, onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırır. Xatırladaq ki, bu raket buraxılışı bu il artıq 35-ci olub.

“Haber Global” Xankəndi yolunda – VİDEO

Türkiyənin məşhur “Haber Global” telekanalı Şuşadan keçən Xankəndi-Laçın yolunda azərbaycanlı aktivistlərin Ermənistanın ekoloji terroruna qarşı etiraz aksiyası ilə bağlı “Azərbaycanlılar mədənərinə sahib çıxır” başlıqlı süjet hazırlayıb. Süjetdə Ermənistanın Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismarı, bunun etirazlara səbəb olduğu qeyd edilir. Bununla yanaşı, dinc etirazçıların aksiyanı yalnız gündüz yox, gecə də davam etdirdikləri diqqətə çatdırılır. Bildirilir…

İlham Əliyev Səudiyyə Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.  

Ukraynalı desantçılar rus işğalçılarını necə məhv etdiklərini lentə alıblar – Video

Ukraynalı desantçılar rus işğalçılarını necə məhv etdiklərini göstərdilər. Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hava hücumu briqadasının əsgərləri  pilotsuz uçan aparatın köməyi ilə işğalçıları darmadağın edib. YouTube-da Ukrayna Silahlı Qüvvələrinin Hava-Desant Hücum Qüvvələri komandanlığının döyüş işini əks etdirən video yayımlanıb. Dronun köməyi ilə düşmənin canlı qüvvəsinə zərbə endirilib. Daha sonra paraşütçü artilleriyaçılar  rus işğalçılarının mövqelərini və…

Kiyevdə metro bütün istiqamətdə dayandı

Bu gün Kiyevdə dekabrın 16-da  metronun hərəkəti müvəqqəti olaraq dayandırılıb. Platform4.news xəbər verir ki, metro stansiyaları sığınacaq kimi fəaliyyət göstərir, bunu mer Vitali Kliçko Telegram-da bildirib. “Hava hücumu davam edir! Sığınacaqlarda qalın”,  deyə Kliçko paytaxt sakinlərinə müraciət edib. O əlavə edib ki, hərəkətin bərpası barədə sonra məlumat veriləcək. Enerji infrastrukturunun zədələnməsi ilə əlaqədar paytaxtın bütün…