“Rusiya ilə NATO arasındakı gərginlikdə yeni bir cəbhə açıldı” – VİDEO

“Rusiya ilə NATO arasındakı gərginlikdə yeni bir cəbhə açıldı – Kalininqrad”. Bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilir. Bildirilir ki, Moskva Kalininqrada giriş embarqosu tətbiq edən Litvaya qarşı hücum hazırlıqlarına başlayır. ABŞ isə hücum olacağı təqdirdə Litvanı müdafiə edəcəyini açıqlayıb. Ətraflı videoda:

Bakı və Daşkəndin yeni yol xəritəsi – VİDEO

Prezident İlham Əliyevin Özbəkistana səfər etməsi mühüm əhəmiyyətə malikdir. Baku TV səfərlə bağlı sujet hazırlayıb. Bu ötən illər ərzində iki qardaş dövlətin biri-birini müdafiə etməsinə, dəstək göstərməsinə verilən dəyərdir. Azərbaycan və Özbəkistan arasında 20-yə yaxın sənədin imzalanması da iki ölkənin strateji müttəfiqliyinin göstəricisidir. Daha ətraflı sujetdə:

İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunu, kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Adrian-İonuts Kesnoyunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı qəbul edib. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif…

Gəncədə avtoxuliqanlara qarşı mübarizə necə aparılır və əhali razıdırmı?

Son dövrlər  Daxili İşlər Orqanları tərəfindən asayişin qorunaraq təmin olunması, cinayətkarlıqla, o cümlədən ictimai aşayişin pozularaq vətəndaşların narahatçılığına səbəb olan avtoxuliqanlara qarşı aparılan mübarizə tədbirləri  vətəndaşlarda böyük məmnunluq hissi yaradıb. Bu gün respublikanın ikinci böyük şəhəri olan Gəncə şəhərində asayişin necə təmin edilməsi, xüsusən əhalinin və şəhər sakinlərinin gündəlik həyat şəraitinə, narahatçılığına səbəb olan şəhər…

Rusiyalı oliqarxların dondurulan aktivlərinin məbləği məlum oldu

Rusiya oliqarxları və qurumları Avropa İttifaqının sanksiyaları nəticəsində 12,5 milyard avro dəyərində dəbdəbəli yaxtalar, helikopterlər, rəsmlər, daşınmaz əmlak və digər aktivlərini itiriblər. Bu barədə Avropa Komissiyasının ədliyyə sözçüsü Kristian Viqand “Die Welt” nəşrinə müsahibəsində bildirib. Qeyd edilir ki, Rusiya oliqarxlarının dondurulmuş aktivlərinin məbləği apreldə 6,7 milyard avrodan 12,5 milyard avroya qədər artıb. Viqand dondurulmuş aktivlərin belə…

“Putin demokratiya qığılcımının Rusiyaya düşməsindən qorxur”

Rusiya prezidenti Vladimir Putin Qərbdən gələn demokratiya qığılcımının ölkəsinə yayıla biləcəyindən ehtiyat edir. Bunu Almaniya kansleri Olaf Şolts öz “Twitter” səhifəsində yazıb. “Görünür, Putin Rusiyaya demokratiya qığılcımının düşə biləcəyindən qorxur. Ona görə də uzun illərdir ki, NATO və Aİ-ni dağıtmağa yönəlmiş siyasət yürüdür. O, öz siyasətini təsir zonasına qaytarmaq istəyir. Amma bunu edə bilməyəcək”, –…

İlham Əliyev dövlət agentliyinə 2,1 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan…

“Ağalı kəndinin sakinləri tezliklə evlərinə qayıdacaqlar”

“Tezliklə Qarabağdakı işğal edilmiş ərazilərimizi tərk etmək məcburiyyətində qalmış ailələr 30 il sonra öz evlərinə qayıda biləcəklər”. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz “Twitter“ hesabındakı paylaşımında yazıb. “Zəngilanın Ağalı kəndinin sakinləri tezliklə öz evlərinə qayıdacaqlar. Bu, işğal zamanı evlərini itirənlər üçün önəmli andır və məhəllələrin yenidən inşasında birinci addımdır”, – Leyla…

Ukrayna əsgərləri yüzdən çox rus terrorçusunu məhv edib

Ukrayna ordusu iyunun 20-də 106 rus işğalçısını məhv edib. “Sxid” əməliyyat-taktiki qrupu xəbər verir ki, düşmən iki döyüş sursat  və doqquz hərbi texnikasını itirib. Ukrayna Silahlı Qüvvələri həmçinin düşmənin iki artilleriya sistemini, beş minaatanını, yeddi artilleriya traktorunu, iki pilotsuz uçuş aparatını və bir tankını məhv edib. Ukrayna əsgərləri Luqansk vilayətinin Mirnaya Dolina və Donetsk vilayətinin…

Rusiya yaxın günlərdə Kiyevi raketlərlə…

Rusiya Ukrayna ərazisinə kütləvi raket hucumuna hazırlaşır. Rusiya qanadlı raketlərinin altı daşıyıcısının hamısı Qara dənizdə düzülüb. “Bu gün, sabah, o biri gün və o biri gün mən vətəndaşlarımıza, xüsusən də Kiyevdə, xüsusən Peçerskdə yaşayanlara hava hücumu siqnallarına məhəl qoymamağı çox tövsiyə edirəm”, – deyə Baş Qərargah rəisinin müşaviri Oleksiy Arestoviç bildirib.   O, xəbərdarlıq edib…