Almaniya vətəndaşlarını Ukraynadan geri çağırdı

Almaniya Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. Bu ölkənin baş konsulluğu Dneprdən Lvova köçürülüb. Almaniya XİN rəhbəri Annalena Berbok bildirib ki, ölkəsi Ukrayna böhranının qarşısını almaq üçün təcili tədbirlər görür: “Mən böhranın qarşısını almaq üçün tədbirləri gücləndirmək qərarına gəldim. Hazırda Xarici İşlər Nazirliyində bu qərarların icrası üçün aidiyyəti idarələr və təhlükəsizlik orqanları…

Putinlə Baydenin telefon danışığının mövzusu məlum oldu

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında danışıqların təfərrüatları açıqlanıb. Bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, Bayden Putinlə Ukrayna ilə sərhəddə qüvvələrin toplanmasını müzakirə edib. Bayden bildirib ki, ABŞ Rusiya ilə həm qarşılıqlı diplomatik fəaliyyətə, həm də digər ssenarilərə hazırdır. Qeyd edək ki, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlamışdı. Öz…

Səhiyyə sistemi ilə bağlı yenilik

“Səhiyyə Nazirliyinin nəzdində vahid səhiyyə çağrı mərkəzi yaradılacaq. Hər kəs müraciət edərək səhiyyə, tibblə bağlı istənilən sorğusunu verərək probleminin həllinə, cavablandırılmasına nail olacaq”. Bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, nazirliyin veb saytından da müraciətlər qəbul olunacaq və cavablandırılacaq. Həmçinin kağız daşıyıcılar üzərindən müraciətlər…

Rafael Ağayev RƏİS TƏYİN EDİLDİ

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib. 37 yaşlı idmançı “Azerterminalkompleks” Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib. Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi…

“O vaxt yeni stansiyalar tikməyə pulumuz yox idi”

“Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü”. Bu sözləri Prezident İlham Əliyev “AzərTAc”a müsahibəsində deyib.…

“Rusiya diplomatlarına Ukraynanı tərk etməyi tövsiyə edə bilər”

“Moskva Ukraynadakı diplomatik nümayəndəliklərinin əsas olmayan əməkdaşlarına ölkəni tərk etməyi tövsiyə edə bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Elizabet Trass ilə birgə keçirdiyi mətbuat konfransında deyib. “Biz onların (anqlo-sakson həmkarların) fəaliyyətlərinə baxdıq və ola bilsin ki, biz də yəqin ki, diplomatik nümayəndəliklərimizin əsas olmayan əməkdaşlarına bir müddətlik evlərinə qayıtmağı tövsiyə edəcəyik”,…

“Raket ataraq dünyanı silkələyə bilərik”

Son bir ayda yeddi ballistik raket sınağı keçirən Şimali Koreya ABŞ-la bağlı sərt açıqlama verib. Bu barədə Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Bir çox ölkələrin ABŞ-a boyun əymə və kor-koranə itaət etməklə vaxt itirdiyi müasir dünyada yalnız bizim ölkə raket ataraq dünyanı silkələyə bilər. Dünyada 200-dən çox ölkə var, lakin yalnız bir neçəsində hidrogen…

Böyük Britaniyada koronavirusla bağlı bütün məhdudiyyətlər qaldırılır

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlərin fevralın sonunda qaldıracağını açıqlayıb. O, mövcud məhdudiyyətlərin bir ay əvvəl ləğv edilə biləcəyini bildirib. Daha əvvəl məhdudiyyətlərin martın 24-də qaldırılacağı açıqlanmışdı. Qeyd edək ki, fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmayacaq. Peyvənd olunmayanlar üçün evdə özünütəcrid şərti qaldırılacaq.

Belçika Azərbaycan Evində soydaşlarımızla görüş keçirilib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Brüssel şəhərində fəaliyyət göstərən Belçika Azərbaycan Evində bu ölkədə və Niderlandda yaşayan azərbaycanlılarla görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı səfirliyinin məsul nümayəndələrinin qatıldıqları tədbirdə Belçika Azərbaycan Evinin fəaliyyət strategiyası və istiqamətləri müzakirə edilib, iş planı müəyyənləşdirilib, təşkilati məsələlər barədə fikir mübadiləsi aparılıb.…

Hərbçilərin pensiyası təkrar hesablanacaq

Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib. Təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən…