Azərbaycanda yeni müsabiqə

Bu gün “Xəzər Media Mərkəzi”ndə Azərbaycanın “Central Asia Got Talent“ (“Talant Mərkəzi Asiya”) müsabiqəsindəki iştirakı ilə əlaqədar mətbuat konfransı keçirildi. Mətbuat konfransında “Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov, layihənin rəhbəri və münsiflər heyətinin üzvü Serik Akişev, məşhur teleaparıcı, eyni zamanda layihənin də aparıcısı olacaq Leyla Quliyeva, münsiflər heyətində Azərbaycanı təmsil edəcək Oksana Rəsulova iştirak…

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci…

“Azərbaycan Ermənistanla delimitasiya prosesinə başlamağa hazırdır”

Noyabrın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə videokonfrans formatında görüşü baş tutub. Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər…

Prezident Rusiyanın Elmlər Akademiyasının prezidentini qəbul etdi

Prezident İlham Əliyev noyabrın 25-də Rusiya Federasiyasının Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulanıb. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirilib və müasir dövrdə…

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb. Dövlət başçısı rusiyalı həmkarına Azərbaycan xalqı və öz adından Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənindəki qəza nəticəsində ölənlərlə bağlı başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

“Ermənistanın atəşkəsə tam əməl etməsi vacibdir”

Ermənistanın ona uzadılan sülh əlini fürsət hesab etməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlıq etməsi vacibdir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının yekun açıqlamasında deyilir. İclasda qeyd edilib: “Biz qonşularımız arasında mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq”.…

“Bu zəmanət olmasa, rus ordusu hücuma keçəcək”

Rus qoşunlarının Ukrayna sərhədində toplanması Avropa Birliyi və ABŞ-ın reaksiyasına səbəb olsa da, mövzu ilə bağlı ən aydın şərh Kremlə yaxınlığı ilə tanınan siyasi ekspert, “Putinin müşaviri” adlandırılan Fyodor Lukyanovdan gəlib. Lukyanov Ukraynanın heç vaxt alyansa qoşulmasına icazənin verilməyəcəyinə dair NATO qəti zəmanət verməsə, Rusiyanın Ukraynaya hücum edəcəyini bildirib. Lukyanovun sözləri Rusiyanın Ukrayna sərhədində niyə…

“Qarabağ” “Omoniya” ilə üz-üzə

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” və Kipr “Omoniya”sı üz-üzə gəlib. Komandalar meydana aşağıdakı “11-lik”lə çıxıblar: “Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina Baş məşqçi:…

Ukrayna və Azərbaycan mediası əməkdaşlığa başladı – Video

Kiyevdə “Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında medianın rolu” adlı beynəlxalq dəyirmi masa keçirilib. Dəyirmi masada bildirilib ki, iki ölkə arasında medianın sıx əlaqələr qurmasına tələbat gündən-günə artır. Halbuki, Ukrayna və Azərbaycan ictimaiyyəti bir-birləri haqqında informasiyaları üçüncü ölkə vasitəsi ilə əldə edir. Buna görə də birgə əməkdaşlıq ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların oxuculara çatdırılmasını üçün…

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Dövlət Komitəsində olub

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki,  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb. Qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti və xaricdə yaşayan azərbaycanlılar barədə məlumat verib, Rusiyada yaşayan azərbaycanlıların ölkənin mədəni və ictimai həyatına sürətlə inteqrasiya etdiklərini…