İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın yeni binası ilə tanış olub. Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdi. Bildirildi ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9…

Cənubi Qafqazda Türkiyə-Ermənistan qarşıdurması sona çatır

“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb və proseslər çox fərqli istiqamətdə inkişaf edir. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı, onların qurduqları struktur çökmək üzərədir. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”. Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması…

Azərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha iki iddia qaldıracaq

Azərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha bir iddia qaldıracaq. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqimatında söyləyib. Onun sözlərinə görə, ekologiya konvensiyasının pozulması nəticəsində Azərbaycan təbiətinsə vurulan ziyanla bağlı yaxın vaxtlarda Ermənistana qarşı beynəlxalq arbitraja müraciət ediləcək. Nazir deyib ki, eyni zamanda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istifadəsi…

Azərbaycanla Aİ arasında imzalanacaq yeni saziş üzrə işlər gələn il tamamlanacaq

“Avropa İttifaqının həm ölkəmizə, həm də bölgəmizə marağının artmasını müşahidə edirik”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqimatında söyləyib. “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell və bir sıra Aİ rəsmiləri ilə çoxsaylı görüşlər və təmaslar bunu deməyə…

Şuşa Bəyənnaməsinə uyğun şəkildə hər addımda Azərbaycanın yanındayıq

“Ermənistanla münasibətlərin normallaşması ilə əlaqədar olaraq qarşılıqlı xüsusi təmsilçilər lazımdır”. Bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkiyənin 2021-ci il üçün xarici siyasətinin yekunlarına dair mətbuat konfransında deyib. Nazir hər addımda Azərbaycanın yanında olduqlarını söyləyib. “Tarixi Şuşa Bəyənnaməsinə uyğun şəkildə hər addımda Azərbaycanın yanındayıq”. Çavuşğolu yaxın günlərdə İstanbul-Yerevan çarter uçuşlarının başlayacağını söyləyib.

Ceyhun Bayramov Fransa prezidentliyinə namizədin Xankəndinə qanunsuz səfərinə münasibət bildirib

“Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik edən hər bir şəxs Azərbaycanın “qara siyahısına” daxil edilir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib. Fransa prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərinə səfərinə münasibət bildirən nazir vurğulayıb ki, bu, Fransada gedən siyasi proseslərin tərkib…

Sankt-Peterburqdan GÖZLƏNTİLƏR

Dekabrın 28-də MDB hökumət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitinin keçiriləcəyi artıq rəsmi şəkildə öz təsdiqini tapıb. Moldova istisna olmaqla, digər üzv ölkə rəhbərlərinin toplantıda iştirak edəcəyi gözlənilir. Lakin görüşdə hansı məsələlərin gündəliyə salınacağı ilə bağlı hələlik hər hansı rəsmi açıqlama verilməyib. Sadəcə olaraq, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 24-də verdiyi illik hesabat zamanı…

Paşinyan Qazaxın 7 kəndini də Azərbaycana verəcək

Baş nazir Nikol Paşinyanın mətbuat konfransı əsasən xarici auditoriya, daha dəqiqi Türkiyə və Azərbaycan üçün təşkil olunub. Bu barədə sabiq prezident Robert Koçaryana məxsus “Ermənistan” fraksiyasının üzvü Andranik Tevanyan öz Facebook səhifəsində yazıb. Ermənistan baş nazirinin bəyanatlarını təhlil edən Tevanyan vurğulayıb ki, Ermənistan-Türkiyə təmaslarının başlamasına az qalmış Paşinyan “Türkiyə-Azərbaycan cütlüyünün bütün ilkin şərtlərini təmin edib”.…

İran XİN Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərini dəyərləndirib

İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə XİN başçısı Hüseyn Əmir Abdullahianın ötən həftə Azərbaycana baş tutmuş səfərini dəyərləndirib. S. Xətibzadə XİN başçısının Bakıya səfərini iki ölkənin əlaqələrinin inkişafı üçün səmərəli və yaxşı səfər kimi qiymətləndirib. O deyib ki, bu, son bir neçə il ərzində iki ölkənin əlaqələrinin inkişafı çərçivəsində baş tutan ən yaxşı…

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri və təsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. Məktubda deyilir: “Qardaş Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Əliyev, Dekabrın 24-nə təsadüf edən doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunuq. Sizə ən xoş arzularımızı bildirir, uzun ömür, cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər diləyirik. Bütün dünya…