İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Prezident.az xəbər verir ki, təbrikdə deyilir: “Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında…

“Fədakar analarımız vətəni ana qədər əziz və müqəddəs bilən saf əqidəli övladlar yetişdirirlər”

“Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür”. Bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan…

İlham Əliyev Vyetnam prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa təbrik məktubu ünvanlayıb. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə…

Şolts Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin vaxtını açıqladı

“Qərb ölkələri Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazırdır”. Bunu Almaniya kansleri Olaf Şolts deyib. “Qərb münaqişə bitdikdən sonra Ukraynaya müəyyən təhlükəsizlik təminatları verməyə hazırdır. Ancaq bunun vaxtı hələ çatmayıb”, – o, bildirib. Qeyd edək ki, hələ 2022-ci ilin payızında Ukrayna prezidenti Vladimir Zelenskinin ofisindən ölkənin təhlükəsizliyinə zəmanət verən layihə təqdim edilib. Burada Kiyev Aİ ölkələrini…

“Bəzi yeni binaların hündürlüyü üç və dörd mərtəbədən çox olmayacaq”

“Türkiyədə zəlzələ 14 milyon insanın həyatına təsir edib. 214 min dağılmış, təcili sökülməli olan və ciddi zədələnmiş binanın olması müəyyən edilib”. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyə Milli Risk Qalxanı” layihəsinin təqdimatında açıqlama verib. O, şəhərlərin istiqamətinin düzənlikdən dağlara, daha möhkəm zəminlərə dəyişiləcəyini bildirib. Prezident həmçinin bildirib ki, TOKİ-nin (Kütləvi Mənzil Nazirliyi) sosial ev…

Yaponiya varlığını bilmədiyi minlərlə ada tapdı

Yaponiya özünə məxsus olan adalarla bağlı yenidən hesablama aparıb və onların əvvəl düşünüldüyündən 7000 ada çox olduğu məlum olub. Bu, Yaponiya Geoməkan İnformasiya Təşkilatı (GSI) tərəfindən həyata keçirilən rəqəmsal xəritəçəkmə zamanı aşkarlanıb. Müəyyən olunub ki, Yaponiya ərazisində 14 min 125 ada var və bu da 1987-ci ildən adaların sayı ilə bağlı rəsmi olaraq bilinən 6 852 sayından…

Kadırovun səhhətində ciddi problemlər yaranıb

Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər yaranıb. Məlumata görə, son bir neçə ayda o olduqca kökəlmiş, şişkin görünür və videolarda çox vaxt gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Bunu İçkeriya baş nazirinin keçmiş müavini Əhməd Zakayev iddia edir. Onun sözlərinə görə, Kadırov Moskva həkimlərinə etibar etmədiyi üçün Birləşmiş Ərəb…

ABŞ-də Rusiyaya kömək edən iki amerikalı həbs edildi

“ABŞ-nin Kanzas-Siti şəhərində iki amerikalı Rusiya Federasiyasına yardım etdiyinə görə həbs edilib”. Bu barədə ABŞ Ticarət Departamentinin nümayəndəsi Metyu Akselrod bildirib. Amerikalılar ABŞ-nin ixraca nəzarət qaydalarını pozmaqda və Rusiyaya aviasiya texnologiyaları  göndərməkdə şübhəli bilinirlər. Bildirilir ki, məsələ ilə bağlı ABŞ Ticarət Nazirliyi Federal Təhlükəsizlik Bürosu və Ədliyyə Departamentinin prokurorları ilə əməkdaşlıq edir. “59 yaşlı Kirill…

“Şimal axını” boru kəmərləri möhürlənə bilər

Rusiyadan Avropaya təbii qazın nəqlini həyata keçirən “Şimal axını” boru kəmərlərinin yaxın vaxtlarda təmiri və yenidən işə salınması nəzərdə tutulmur. Məlumata görə, boru kəmərləri möhürlənə bilər. Belə ki, “Qazprom” zədələnmiş boru kəmərlərinin təmirinin texniki cəhətdən mümkün olduğunu bildirsə də, Moskva bunu etmək üçün çox az perspektiv görür. Bildirilir ki, Rusiya Qərblə münasibətlərin yaxın gələcəkdə “Şimal…

Macarıstan İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsinə may ayında baxacaq

Macarıstan parlamenti may ayında İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədlərin ratifikasiyası məsələsi ilə bağlı iclas keçirəcək. Bunu Çexiyada səfərdə olan Macarıstan Prezidenti Katalin Novak deyib. “Macarıstan parlamenti təxminən mayın 17-də Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması məsələsini səsverməyə çıxaracaq”, – prezident bildirib. Novak NATO-nun genişlənməsi prosesini dəstəkləyib və parlamentariləri iki şimal ölkəsinin…