Dekabrın 19-da səhər saatlarında Rusiyanın Kiyevə hücumu nəticəsində paytaxtda işıq və istiliklə bağlı problemlər yarana bilər.
Platform4.news xəbər veririr ki, Kiyev meri Vitali Kliçko Telegram-da bildirib ki, kritik infrastruktura ziyan dəyib.
“Energetika və istilik işçiləri enerji və istilik təchizatı ilə bağlı vəziyyəti tez bir zamanda sabitləşdirmək üçün çalışırlar”, – Kliçko vurğulayıb.
Prezident Administrasiyası rəhbərinin müavini Kirilo Timoşenkonun sözlərinə görə, xilasedicilər Kiyevdə və regionda hadisə
yerlərində işləyirlər.
“Hələlik itkilər barədə məlumat yoxdur”, – Timoşenko bildirib.







