Avropa İttifaqı Rusiyanın 14 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqı 2022-ci il fevralın 24-dən Ukraynada keçirilən hərbi əməliyyat nəticəsində sanksiyalara məruz qalan rusiyalı milyarderlərin, fiziki və hüquqi şəxslərin 13,8 milyard avro məbləğində aktivlərini dondurub. Bu barədə Aİ komissarı Didye Reynders məlumat verib. Onun sözlərinə görə, dondurulmuş aktivlərin əksəriyyəti (12 milyard avrodan çox) Aİ-nin yalnız beş ölkəsinin payına düşüb. Avropa rəsmisi həmin ölkələrin adını…

NASA kainatın daha bir möhtəşəm görüntüsünü paylaşdı

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ceyms Uebb Kosmik Teleskopu vasitəsilə çəkilmiş növbəti möhtəşəm görüntünü paylaşıb. Fotoda 7 600 işıq ili uzaqlıqda olan NGC 3372 qalaktik dumanlığı (Carina Nebula) əks olunub. Xatırladaq ki, bir müddət öncə NASA adıçəkilən teleskop vasitəsilə qeydə alınmış kainatın ən dərin və rəngli görüntüsünü yayımlayıb.  

“Azovstal” müdafiəçilərinin cəsədləri Ukraynaya qaytarıldı

Ukrayna ilə Rusiya arasında cəsədlərin mübadiləsi baş tutub. Proses çərçivəsində 400-dən çox hərbçinin cəsədi Ukraynaya qaytarılıb. Onların böyük əksəriyyəti “Azovstal”da həlak olmuş müdafiəçilərin cəsədləridir. Məlumata görə, onların demək olar ki, hamısının kimliyi artıq müəyyən edilib. Belə ki, döyüşçülərin qohumları həlak olanların DNT nümunələrini müvafiq orqanlara təhvil veriblər. Lakin meyitlərdən bir çoxu sənədsiz təhvil verildiyindən, onların…

ABŞ Ukraynaya əlavə 1,7 milyard dollar yardım ayırdı

Ukrayna ABŞ hökumətindən 1,7 milyard dollar məbləğində növbəti qrant alıb. Bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat yayıb. “Vəsaitlər Dünya Bankının trast fondunun mexanizmi vasitəsilə təmin edilib və dövlət büdcəsinin sosial və humanitar xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək”, – deyə, o, bildirib. Xatırladaq ki, Ukrayna təkcə ötən ay Dünya Bankından 967,4 milyon dollar, Kanada hökumətindən 779,0…

“Lego” Rusiyanı tərk edir

Danimarkanın “Lego” konstruktorları istehsalçısı Rusiyada fəaliyyətini tamamilə dayandırır. Şirkət həmçinin brendin ölkədəki mağazalarını idarə edən “Inventive Retail Group” ilə də əlaqələri kəsir. Məlumata görə, yeniliklərlə əlaqədar “Lego” Rusiyada artıq 70 işçini ixtisar edib. Qeyd edək ki, ölkədə şirkətin 81 mağazası fəaliyyət göstərib.

ÜST-dən meymunçiçəyilə bağlı açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyilə bağlı son məlumatları paylaşıb. Təşkilatdan bildirilib ki, artıq dünya üzrə virusa yoluxanların sayı 10 minə yaxınlaşıb. Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında xəstəliklə bağlı son vəziyyəti dəyərləndirib. O, virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə yayıldığını deyib. Qebreyesus rəhbərlik etdiyi təşkilatın meymunçiçəyinə qarşı peyvəndlərin…

“ABŞ Çinlə soyuq müharibəyə başlamaq niyyətində deyil”

Amerika Çinlə yeni soyuq müharibəyə başlamaq niyyətində deyil. Bunu ABŞ dövlət katibi Entoni Blinken G20 sammitində Çinin xarici işlər naziri Van Yi ilə görüşü zamanı deyib. Bu barədə TASS məlumat yayıb. Blinkenin sözlərinə görə, ABŞ da Çin Kommunist Partiyasına meydan oxumaq niyyətində deyil. “Amerika tərəfi Çinlə yeni soyuq müharibəyə can atmır, Çinin dövlət sistemini dəyişməyə…

Günəşdəki çatlar nümayiş olundu – VİDEO

Günəşin üzərində çatlar olan təsviri yayılıb. Görüntülər Roskosmosun “Telegram” kanalında dərc edib. Bildirilib ki, hazırda nəhəng planetdə fəallığın artması müşahidə olunur. Bu, Yerdə maqnit qasırğaları şəklində özünün büruzə verir. Çatlara gəlincə, onlardan bəzilərinin Yerdən Aya qədər olan məsafədən daha böyük olduğu qeyd edilib.

Almaniya Aİ-nin Ukraynaya yardım ayırmasına mane olur

Almaniya Ukraynaya 9 milyard avroluq maliyyə yardımının ayrılmasına mane olur. Hərçənd, yardım barədə qərar hələ iyunun sonunda Aİ sammitində qəbul edilib. Məlumata görə, maliyyə vəsaitinin ayrılması Almaniyanın maliyyə naziri Kristian Lindner təsdiqləmir. O, artıq pandemiya zamanında olduğu kimi, ümumi Avropa borcu vasitəsilə Ukraynaya yardım göstərilməsinin əleyhinədir. Hazırda almaniyalı nazir yalnız 1 milyard məbləğində birinci tranşı…