15 yaşlı yeniyetmə idmançımız Dubayda “Muay Tay Gənclər Çempionatı”nın birincisi olub
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan yeniyetmə soydaşımız Qacar Mirzə Dubay şəhərində keçirilən “Muay Tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb. 15 yaşlı idmançı soydaşımız öz çəki dərəcəsində çempionatın birinci pilləsinə yüksəlmək üçün 3 döyüşdə, yarımfinalda və finalda müvəffəqiyyətlə çıxış edərək, rəqiblərinə qalib gəlib. Qeyd edək ki, Qacar Mirzə 11 may 2006-cı il tarixində Bakı şəhərində anadan…










