İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulandı. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində…

Prezidentin bu sahədəki fəaliyyəti Ermənistanın və erməni lobbisinin səylərini dağıtdı

“Böyük zəfər, Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub”. Platform4.news  1news.az-a istinadən bildirir ki,  Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında deyə bildirib. “44 günlük savaş, ondan sonrakı mərhələdə Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb sualları peşəkar formada cavablandırması ölkə Başçısının yüksək məntiqi,…

Özbək diplomat Ukrayna Azərbaycanlıları Radasının qonağı olub

Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Özbəkistan Respublikasının Ukraynadakı səfirliyinin birinci katibi Abdurahmon Mahmudovla görüşüb. Bu barədə UAR-dan Platform4.news-a bildirilib. UAR fəaliyyəti barədə özbəkistanlı diplomata geniş məlumat verən baş katib türkdilli diasporlar arasında əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Məmmədov bildirib ki bütün fəaliyyətimizin əsas xəttini fikirdə, sözdə və işdə birlik ideyası təşkil edir. 2500 illik Xiva…

Azərbaycan və Ukrayna qarşılıqlı investisiya qoyuluşunu təşviq edəcək

Kiyevdə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi (“Ukraine Invest”) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu barədə  Agentlikdən bildirilib. Məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ukraine Invest”in baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar. Memorandum iki ölkənin sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin…

Azərbaycan Prezidenti ukraynalı müəllimləri təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif ediliblər. “Dostluq” ordeni ilə Antonenko…

NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb

NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və Alyansın müttəfiqlərinə qarşı fəaliyyət göstərməkdən çəkinməyə çağırıb. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib. Onun sözlərinə görə, Rusiya ilə NATO arasında Ukrayna və Avropada təhlükəsizlik məsələsi üzrə fikir ayrılığı öz həllini tapmayıb: “NATO və Rusiya təlimlərin şəffaflığını, kibertəhlükəsizliyin səviyyəsini, silahlar üzərində nəzarəti artırmaq məqsədilə yeni görüşlər…

“Omikron” ən çox kimlər üçün təhlükəlidir

Koronavirusun “Omikron” ştammı yaşlı insanların, peyvənd olunmamış şəxslərin və yanaşı xəstəliklərdən əziyyət çəkənlərin həyatı üçün xüsusi təhlükə yaradır. Bu barədə ÜST-nin fövqəladə hallar departamentinin texniki qrupunun rəhbəri Mariya van Kerxove məlumat verib. Onun sözlərinə görə, “Omikron” infeksiyasından ölüm riski yaş artdıqca artır: “Bizdə həmçinin azı bir yanaşı xəstəliyi olan insanların xəstəxanaya yerləşdirmə və ölüm riskinin…

Dünyanı gözləyən böyük təhlükə açıqlandı

İqlim böhranı dünyanı təhdid edən ən böyük təhlükələrdən biridir. Bu barədə Dünya İqtisadi Forumunun hazırladığı hesabatda deyilir. Bildirilir ki, sosial xərclərin artması, kiber hücumlar da təhdidlər arasında yer alır. Elm adamları hesab edir ki, 10 il ərzində ciddi tədbirlər görülməsə iqlim böhranı gələcək üçün daha da acı nəticələrə gətirib çıxaracaq. Həmçinin insanların təbiətə vurduğu zərər,…