Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 1 il ötür

Bu gün – oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsinbdən 1 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı…

Azərbaycan ilk medalını qazandı

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın aktivinə ilk medal yazılıb. 86 kq çəki dərəcəsində yer alan Abubakr Abakarov bürünc medala sahib olub. O, 3-cü yer uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə qalib gəlib – 9:5.

Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürülə bilər

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz vətənində iki cinayət işi üzrə məhkum olunub, prokurorluq sərhədləri qanunsuz keçmə ilə əlaqədar ona yeni ittiham irəli sürülməsinə ehtiyac görmür. Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. “Mixeil Saakaşvili artıq məhkum edilib. Onun barəsində cinayət işləri var. Buna uyğun olaraq o, həbs edilib və cəzaçəkmə müəssisəsindədir. Sərhədi keçmə işinə…

Prezident Administrasiyasının Gəncəyə səfər təşkil edilməsi olduqca təqdirə layiqdir

Gəncədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski də iştirak edib. Rezonans.az xəbər verir ki, əsas məqsəd 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümünə…

İlham Əliyev Tərtər sakininin evində oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər və Bərdə rayonlarında səfərdə olub. Dövlət başçısı səfər çərçivəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.

Soydaşlarımız Dünya Birliyindən Ermənistanın cəzalandırılmasını tələb edir

Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) 27 sentyabr – Anım Günü ilə əlaqədar bu ölkənin xarici işlər naziri Meris Peynə müraciət ünvanlayıb. Assosiasiyanın sədri Mikayıl Oytanın imzaladığı müraciətdə II Qarabağ müharibəsi ərzində Ermənistanın ölkəmizə qarşı törətdiyi dəhşətli müharibə cinayətlərindən bəhs edilib. Bildirilir ki, Ermənistanın cəbhə xəttindən kənarda yerləşən…

Ukraynalı jurnalist Qarabağla bağlı reportaj hazırladı

Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. Ukraynalı tanınmış yazıçı, jurnalist və bloger Stanislav Aseevin müəllifi olduğu “Qarabağ Donbasda olmayacaq bir tarixdir” adlı məqalədə onun Bakı, Cəbrayıl, Ağdam, Şuşa, və Füzuli şəhərləri ilə bağlı təəssüratları yer alıb. “Qarabağ Azərbaycandır!” Azərbaycan bir il əvvəl – 2020-ci ilin…

D vitamini azlığı koronaya yoluxma riskini artırır

D vitamini yaşlı insanlarda xəstəliklərə qarşı immunitet sisteminin qorunmasında əvəzsiz rola malikdir. Aparılan tədqiqatlarda D vitamini çatışmazlığı yaşlı şəxslərdə COVID-19 virusuna yoluxma riskini artırır. D vitamini və kalsium sümüklərin möhkəmlənməsi və immunitet sisteminin güclənməsini artırır. İnsanların yaşı artdıqca sümüklərdə kalsium miqdarı azalır. Yaşlı şəxslər xüsusilə qış aylarında immunitet sisteminin gücləndirməsinə diqqət etməlidirlər. Bu səbəblə D…

Mütəxəssisdən korona xəbərdarlığı

Son 10 gündə dünyada koronavirusa yoluxma halları azalıb. Yoluxma halları azalsa da, mütəxəssislər pandemiyanın daha sərt şəkildə davam edəcəyini düşünürlər. Türkiyəli professor Mehmet Ceyhan hesab edir ki, hazırkı tendensiya yeni dalğanın başlayacağını inkar etmir: “Yoluxmadakı azalma Cənubi Asiya və Yaxın Şərq ölkələrində müşahidə olunur. Hələ ki, Avropa və Şimali Amerikada virusa yoluxmada heç bir azalma…