Ukrayna Donbasda hücum planlarının olmadığını bildirib

Ukrayna hakimiyyəti Donbasın Kiyevin nəzarəti altında olmayan hissəsinə hücum planlaşdırmır və ümid edir ki, Qərb ölkələri məsələnin diplomatik yolla həllinə nail olmaqda yardım edəcək. Bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba Fransanın “Le Figaro” qəzetində yazdığı köşə yazısında qeyd edib. O, Rusiyanın Ukrayna ilə sərhədə çoxlu qüvvələr toplamasından narahatlıq ifadə edib və mövcud formatlar altında…

Dünyanı cənginə alan “omicron”dan necə qorunaq?

Yeni növ koronavirus (COVID-19) infeksiyası daim mutasiyaya məruz qalır və nəticədə yeni ştamlar yaranır. Onların arasında insanlar üçün təhlükəli olanlara Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ad verilir. COVID-19-un son aylarda prioritetə çevrilən ştamı isə “omicron”dur. “Omicron” ştamı qeydə alındıqdan sonra dünyada koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Mütəxəssislərin fikrincə, bu, həmin mutant variantın yüksək yoluxduruculuq…

NASA astronavt çatışmazlığını elan edib

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) astronavtlarının sayı 150-dən 44-ə qədər azalıb. Bu barədə qurumun ofisinin hesabatına istinadən “Futurism” nəşri məlumat yayıb. Məlumata görə, mütəxəssislərin belə azalması 2000-ci ildən müşahidə edilir. Qeyd edilir ki, bu vəziyyət ABŞ-da narahatlıq doğurur, çünki NASA daha əvvəl uçuş proqramları ilə bağlı iddialı planlar açıqlayıb. Sənəddə yaxın illərdə astronavtların…

“Yüz faiz yox olacağıq” yazan İlon Mask yeganə qaçış yerini AÇIQLADI

Dünyanın ən zəngin adamı İlon Mask bəşəriyyətin mümkün kütləvi qırğın zamanı 100% yox olacağını açıqlayıb. Mask tək qaçış yolunun başqa planetlərə yerləşmək olduğunu iddia edib. “Bəşəriyyət həyatı çoxplanetli etməsə, günəşin ekspansiyası səbəbindən bütün növlərin 100% yox olma ehtimalı var”, – iş adamı “Twitter”də yazıb. Maskın proqnozu istifadəçiləri əməlli başlı qorxuya salıb.

Xaricdə yaşayan həmvətənlərimizin dəstəyi ilə şəhid ailəsi evlə təmin olunub

“Şuşa ili” üçün töhfə olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisi başa çatıb və Ağcəbədi rayonunda şəhid Atayev Tariyel Fəxrəddin oğlunun ailəsi üçün tikilən mənzilin açarları ailəyə…

Ermənistanı tərk edənlər Rusiya vətəndaşlığı alırlar

Ötən il Rusiya Federasiyasının vətəndaşlığını alanlar daha çox Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistandan olan şəxslərdi. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. “2021-ci ilin 11 ayı ərzində 667 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilib. 2020-ci ilin eyni dövründə isə təxminən 563 min nəfər Rusiya vətəndaşlığına qəbul…

ABŞ Türkiyə-Ermənistan danışıqları ilə bağlı açıqlama yayıb

ABŞ Dövlət Departamenti Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında keçirilən ilk görüşü alqışlayıb. “Amerikanın səsi” xəbər verir ki, departament rəsmi Ankara-İrəvan danışıqları barədə açıqlama yayıb. “Biz mövcud fikir ayrılıqlarının tənzimlənməsi üçün iki ölkənin diplomatiyasının cəlb olunduğu Türkiyə-Ermənistan danışıqlarını səmimi şəkildə alqışlayırıq”, – ABŞ Dövlət Departamentindən bildirilib. Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində…

Rusiyadan Ukraynaya müdaxilə ilə bağlı bəyanatlara reaksiya gəldi

Rusiyanın ABŞ-dakı səfirliyi Ukraynaya müdaxilə ilə bağlı bəyanatlara münasibət bildirib. “RİA Novosti” xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfirliyi öz Facebook səhifəsində Ağ Ev və Pentaqonun Rusiyanın Ukraynaya gözlənilən müdaxiləsi və buna bəhanə axtarması ilə bağlı bəyanatlarını şərh edib. Səfirlik qeyd edib ki, ABŞ administrasiyasının nümayəndələri mümkün təxribatların ssenarilərini və onların tarixlərini ətraflı təsvir edir, lakin…

Rəngli inqilablardan danışan Lukaşenko Qərbi hədələdi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Qazaxıstandakı vəziyyəti həll etmək səyləri bütün dünyaya sıx müttəfiqlik əlaqələrini, təşkilatın imkan və potensialını göstərdi”. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Qazaxıstanda missiyasını başa vurmuş sülhməramlı kontingentlə görüşündə deyib. “Müttəfiq ölkələrdən qoşunların kontingentinin ən qısa müddətdə köçürülməsi dövlətin məhv edilməsi təhlükəsini aradan qaldırdı, ölkədə vəziyyətin sabitləşməsini və konstitusiya…

Xələf Xələfov Qazaxıstan hadisələrinin Azərbaycana təhlükəsindən danışdı

“Bugünkü çağırışlar, Qazaxıstan ətrafında baş verən hadisələr, səbəbi bizə bəlli olmayan və gələcəkdə bizi gözləyə bilən yeni təhlükələr onu göstərir ki, Azərbaycan-Türkiyə dayanışması, bu mütəffiqlik çox gözəl bir örnək kimi bütün Türk dünyasını əhatə etməlidir”. Bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş…