Zəngəzur dəhlizinin açılması ilə burada təmassız gömrük xidmətləri təşkil ediləcək

Hazırda yeni açılacaq gömrük məntəqələri beynəlxalq status daşıyan yeni hava limanlarında tikilir. Onların hər birində yeni gömrük məntəqələri, gömrük postları açılacaq. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq burada müasir tələblərə cavab verən təmassız gömrük xidmətləri təşkil ediləcək. S. Mehdiyev bildirib ki,…

İlham Əliyev Gəncə şəhərində səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib. Dövlətimizin başçısı Gəncə İdman Sarayında aparılan tikinti…

Rusiya-Ukrayna gərginliyi ilə bağlı kritik gəlişmə

“Tezliklə ABŞ hərbçilərini Şərqi Avropadakı NATO ölkələrinə göndərəcəyəm”. ABŞ Prezidenti Co Bayden Ukrayna-Rusiya sərhədindəki gərginliklə bağlı jurnalistlərə açıqlama verib. “ABŞ hərbçilərini Şərqi Avropaya nə vaxt göndərəcəyinizə qərar verdinizmi” sualını Bayden belə cavablandırıb: “Tezliklə Amerika hərbçilərini ora göndərəcəyəm”. Bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilmişdi ki, Ukrayna böhranında gözlənilməz duruma qarşı 8500 nəfərlik hərbi qüvvə NATO-ya…

“Rusiya bizdən istəyir ki…”

“NATO-dakı müttəfiqlər arasında Ukraynaya silah tədarükünün zəruriliyi ilə bağlı fikir müxtəlifliyi var”. Bunu “El Pais” qəzetinə müsahibəsində NATO baş katibi Yens Stoltenberq deyib. “NATO-dakı müttəfiqlərin Ukraynaya dəstək vermək öhdəliyi var. Biz onlara siyasi və praktiki dəstək veririk, onların müdafiə institutlarını modernləşdirməyə, korrupsiya ilə mübarizə aparmağa və kibermüdafiə mexanizmlərini qurmağa kömək edirik. Müdafiə silahlarının tədarükünə gəlincə,…

Baş nazir İranı hədələdi

“İran osminoqu”nu qollarından yox, başından vuracağıq”. İsrail Baş naziri Naftali Bennet Tehrana qarşı tətbiq olunan strategiyaya son qoymağa qərar verdiklərini açıqlayıb. Bennet deyib ki, başı Tehranda olan “İran osminoqu” şimalda Hizbullah, Qəzzada İslami Cihad, Suriya sərhədində şiə yaraqlıları və İraq, Yəmən və Liviyada digər silahlarla İsraili mühasirəyə alıb. “Birtərəfli “soyuq müharibə” oldu, onlar vurdular, amma…

Ukraynaya silah tədarükü ilə bağlı NATO-da konsensus yoxdur

NATO müttəfiqlərinin Ukraynaya silah tədarükünün zəruriliyi ilə bağlı fərqli baxışları var. Bunu NATO-nun baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” nəşrinə müsahibəsində deyib. “Müdafiə silahlarına gəlincə, müttəfiqlərin fərqli baxışları var. Bəzi müttəfiqlər, məsələn, Böyük Britaniya, ABŞ və ya Baltikyanı ölkələr Ukraynanı bu növ silahlarla təmin edirlər”, – deyə baş katib bildirib. Stoltenberqin sözlərinə görə, NATO…

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub

Uşaq İnkişaf Mərkəzinin təşəbbüsü və DİDK-nın təşkilatçılığı ilə baş tutan konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edib. DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Diaspor TV-də haqqında sənədli film hazırlanan və İstanbulda yaşayan diaspor fəalı, hər iki ayağını 3…

Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq,…

İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib. Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim…

Ukraynada əsgərlərin ölümünə görə general işdən çıxarıldı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Nikolay Balanı orduda beş hərbçinin ölməsinə görə vəzifədən azad edib. Bu barədə Ukrayna Prezidenti qərar imzalayıb. General-leytenant Yuri Lebed Ukrayna Milli Qvardiyasının yeni komandanı təyin olunub. Qeyd edək ki, yanvarın 27-də Ukraynada bir əsgər 5 hərbçi yoldaşını öldürüb, 5-ni isə yaralayıb.