“COVİD-19”-un bütün ştammlarına qarşı universal peyvənd hazırlamağın üsulu TAPILDI

Çinin Quançjou şəhərindəki Virusologiya İnstitutunun və Çjunşan Tibb Məktəbinin alimləri “COVID-19”-a qarşı universal peyvənd hazırlamaq üçün anti-cisim kəşf ediblər. Bu haqda “BioRxiv” profil resursu yazıb. Mütəxəssislərin fikrincə, “35B5” monoklonal anti-cismi müxtəlif növ koronavirus ştammlarını effektiv şəkildə zərərsizləşdirə bilir. Bildirilir ki, “35B5” anti-cismi krioelektron mikroskopdan istifadə edilən təcrübələr zamanı aşkar edilib., O, xüsusən koronavirusun mutasiya prosesi zamanı…

Pandemiyadan sonra da distant təhsil davam edəcək

Gülüstan sarayında keçirilən “Unec Economik Forum Baku 2021” tədbirində Təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir çıxışında pandemiyadan sonra Azərbaycanda distant təhsilin davam etdiriləcəyini bildirib. “Distant təhsil bir sıra cəhətlərinə görə çox unikaldır və Azərbaycan təhsil sistemi də distant təhsilin imkanlarından faydalanacaq” – nazir bildirib.

Qarabağın alban-qıpçaq tarixinə dair kitab çap olunub

Tarixçi-alimlər Ramin Əlizadə və Elnur Nəciyevin “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitabı nəşr olunub. “Azərbaycan Tarixçiləri” İctimai Birliyindən verilən məlumata görə, layihə rəhbəri və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur. Yaqub Mahmudov kitaba yazdığı “Tarixi həqiqətə doğru gərəkli və uğurlu addım” adlı ön sözdə bu fikirləri bildirib:…

Dövlət Komitəsində Ukrayna əsilli Milli Qəhrəmanların ailə üzvləri ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanın Ukrayna əsilli Milli Qəhrəmanları Viktor Seryogin və Ruslan Polovinkanın ailə üzvləri və yaxınları ilə görüş keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüşdə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Asosiyasiyasının nümayyəndəsi Cəmilə Abdullayeva, Viktor Seryoginin qızı Oksana Seryogina, nəvəsi Vlada Dumanenko, Ruslan…

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş etdi. Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri,…

“Ukraynaya hücum olarsa…”

NATO Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədlərinə əsgər toplamasını tənqid edərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı hər hansı bir hücumunun ağır qiyməti olacaq. Stoltenberq ayrıca Rusiyaya NATO ilə dialoqu yenidən başlatmaq çağırışı edib. Stoltenberq qeyd edib ki, Ukrayna və ətrafında vəziyyət qeyri-sabit və gözlənilməz olaraq davam edir: “Rusiyanın niyyəti ilə bağlı heç bir əminlik…

Fransa-İngiltərə gərginliyi pik həddə: “Nəticə olmasa, ayın 10-da…”

Fransanın dənizçilik naziri Annik Girardin bildirib ki, balıqçılıq problemi dekabrın 10-na kimi həll olunmazsa, İngiltərəyə qarşı cavab tədbirləri görəcəklər. Nazir İngiltərənin hələ də 154 fransız balıqçıya Britaniyanın ərazi sularında balıq tutmaq üçün lisenziya vermədiyini deyib. İngiltərəni Avropa İttifaqında həmrəyliyi pozmaqda ittiham edən Girardin dekabrın 10-na qədər İngiltərə ilə problemi həll etməyə çalışacaqlarını bildirib. Girardin qeyd…

Moskva Ankaranın təklifinə müsbət reaksiya verdi

Cümə günü telefon danışığı olacağı açıqlanan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Donbas məsələsində vasitəçi olmaq təklifini müzakirə edə bilərlər. Bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. R.T.Ərdoğanla V.Putin və onunla Mövlud Çavuşoğlu arasında münasibətlərin çox müsbət olduğunu vurğulayan S.Lavrov deyib: “Bir sıra mühüm beynəlxalq məsələlərdə…

5 milyonluq layihənin icrasına başlanılır

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf ProqAnchorramı (BMTİP) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müasir və rəqabətədavamlı meyvə və tərəvəz sektorunun inkişafı məqsədilə 5 milyon avro dəyərində yeni layihəyə başlayıb. Layihə, “Lənkəran üçün Avropa İttifaqı” proqramı çərçivəsində reallaşdırılır. Aİ tərəfindən maliyyələşdirilən “Lənkəran iqtisadi rayonunda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyyətinin, əməkdaşlığın və müasirləşmənin təşviqi” adlı dörd…

Putin və Lukaşenko Krıma birgə səfər edəcək

Kremldə münasib anda Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun Krıma birlikdə səfər edəcəklərinə şübhə yoxdur. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. “Aydındır ki, indi Krıma belə səfərlər üçün ən yaxşı vaxt deyil. Hava dəyişkəndir və müxtəlif iqlim anomaliyaları özünü hiss etdirir. Amma mən şübhə etmirəm ki, lazımi anda iki prezident…