Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib
Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər,…










