Bu, Rusiyaya çox baha başa gələcək
“Ciddi bir vəziyyətdəyik. Rusiya tərəfindən Ukrayna sərhədlərinə 100 min əsgər və çoxlu sayda hərbi texnikanın yığılması gözardı edilə bilməz. Bunun məntiqli bir əsaslandırması yoxdur. Bu hal Avropanın sülh və təhlükəsizliyi üçün təhdiddir”. Bunu Almaniya Kansleri Olaf Şolz deyib. Kansler bildirib ki, sərhədlərin şübhə altına alınmaması, “yumşalma siyasəti” 1990-cı ildən sonra əldə edilən razılaşmaların nailiyyətlərindən biridir:…










