Avropa Parlamenti Ukraynaya yardımı təsdiqləyib
Avropa Parlamenti gələn il Ukraynaya 18 milyard avro maliyyə yardımı ayrılması qərarını təsdiqləyib. Bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, Avropa parlamentariləri bu qərarı çox qısa müddətdə qəbul ediblər. Ukraynaya maliyyə yardımının ayrılmasını 507 deputat dəstəkləyib, 38 deputat əleyhinə səs verib, 26 avropalı siyasətçi bitərəf qalıb. İndi qərar Aİ-yə üzv ölkələrin…









