İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirilib

Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşü (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilib. Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşün əhəmiyyətinə diqqəti cəlb edib…

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib

Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bu gün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin…

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

Ağ Ev ABŞ-nin Ukraynaya 275 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb. Bu barədə dekabrın 9-da Ağ Evin sözçüsü Con Kirbi brifinqdə məlumat verib. Onun sözlərinə görə, hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, PUA-lara qarşı mübarizə vasitələri və artilleriya üçün sursatlar daxildir. Kirbi bəyan edib ki, Ağ Ev Ukraynaya köçürülən vəsaitlərə nəzarətin artırılması ilə razıdır.

Kanada hökuməti İran, Rusiya və Myanmaya qarşı yeni sanksiyalar tətbiq edib

Kanada hökuməti Rusiya, İran və Myanmadan olan bəzi şəxslərə və təşkilatlara qarşı bu ölkələrdə insan hüquqlarının pozulması hallarını əsas gətirərək yeni sanksiyalar tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur. Belə ki, sanksiyalar Rusiya vətəndaşı olan 33 şəxsə və altı təşkilata şamil edilib. İrandan isə bu siyahıya 22 nəfər, o cümlədən…

Pentaqon Ukraynaya Rusiya ərazisini vurmağa icazə verib

ABŞ Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı mövqeyini dəyişib. İndi Vaşinqton belə hücumların əleyhinə deyil, çünki Rusiya Federasiyası tərəfindən vəziyyətin gərginləşməsindən qorxmur. “Platform4.news” Britaniyanın “The Times” qəzetinə istinadən bildirir ki, Vaşinqtonun irəli sürdüyü yeganə şərt Cenevrə Konvensiyasına riayət etmək olub. “Biz Kiyevə “Rusları vurmayın” demirik. Biz onlara nə edəcəklərini deyə bilmərik. Onların silahlarından…

“Türkiyə Balkanlarda sülh və sabitliyin qorunması üçün mühüm tərəfdaşdır”

Serbiya Prezidenti Aleksandr Vuçiç Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşündə Türkiyənin regionda sülh və sabitliyin qorunması üçün mühüm tərəfdaş olduğunu bildirib. Müvafiq bəyanatı cümə axşamı prezidentin mətbuat xidməti yayıb. “Prezident Vuçiç Serbiyanın regional əməkdaşlığa səmimi sadiq olduğunu bildirib və əlavə edib ki, bu mənada o, Türkiyəni regionda sülh və sabitliyin qorunmasında mühüm tərəfdaş…

İlham Əliyevdən Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciət edib. Prezident.az xəbər verir ki, müraciətdə deyilir: “Hörmətli qurultay iştirakçıları! Sizi Azərbaycan memarlarının XX qurultayının öz işinə başlaması münasibətilə ürəkdən salamlayır, hər birinizə cansağlığı və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın…

Beynəlxalq Qarabağ Forumu Türkiyədə elmi-praktiki konfrans keçirəcək

Beynəlxalq Qarabağ Forumunun dekabr toplantısında təşkilatın ay ərzində gördüyü işlər müzakirə edilib. İclasın moderatoru Ziya Zakir Acar ilk sözü forumun koordinatoru Akif Nağıya verib. A.Nağı görülən işlər barədə danışmaqla yanaşı beynəlxalq siyasi vəziyyət və qonşu İran dövlətində baş verən proseslər, bu ölkənin əhalisinin yarısını təşkil edən azərbaycanlıların milli-mənəvi hüquqlarının tanınması haqda mülahizələrini bölüşüb. Ötən toplantıda…

Azərbaycan və Türkiyə Prezidentləri “Qardaş yumruğu” təlimində iştirak edən heyəti təbrik ediblər

“Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon zəngi ilə hər iki qardaş ölkənin təlimdə iştirak edən şəxsi heyətini təbrik ediblər. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsi heyəti təbrik edərək “Qardaş yumruğu” təliminin…

İlham Əliyevdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa…