“Qarabağa böyük qayıdışın şahidi oluruq” – VİDEO

“Bu gün tarixi hadisənin – Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq”. Bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. “Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş…

“Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir”

“Siz Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin dünənki səfəri haqqında, yəqin, məlumatlısınız. Bizim çox yaxşı müzakirələrimiz oldu. Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib. “Eyni zamanda, Avropa…

“Həbslər davam edəcək”

Son günlərdə çox böyük vəzifəli şəxslərin həbsi və vəzifədən azad edilmələrinin şahidi olduq. Bu dəyişikliklərdən biri də Dövlət Gömrük Komitəsində (DGK) olub. DGK-da bundan sonra vəziyyət necə dəyişəcək? Ümumiyyətlə, həbslər iş keyfiyyətinin artmasına kömək edəcək? Məsələ ilə bağlı millət vəkili Vüqar İsgəndərov Bakupost.az-a açıqlama verib. O, ölkə başçısının bir sıra islahatlar paketi təqdim etdiyini deyib və bəzi…

Azərbaycan Prezidentindən ərzaqlıq buğda ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında fərman imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Fərman qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla mövcud resursları səfərbər etməyə imkan verən yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə imzalanıb. Sənədə əsasən, ilkin mərhələdə…

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. “Altı ədəd “X-101” (X-555) raketi “Tu-95MS” bombardmançı təyyarəsindən atılıb. “Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları…

Haaqa Məhkəməsi Rusiyanın Ukraynada törətdiklərini soyqırım kimi tanıya bilər

Haaqada mənzillənmiş Beynəlxalq Ədalət Məhkəməsi payızda Rusiyanın Ukraynada soyqırım törətməsi il bağlı cinayət işi aça bilər. Bu barədə Ukraynanın Beynəlxalq Ədalət Məhkəməsindəki nümayəndəsi, Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç məlumat verib: “Bu o deməkdir ki, Rusiya Federasiyasının qərardan etiraz üçün üç ay vaxtı var. Bundan sonra məhkəmə işi mahiyyəti üzrə həll…

Ukraynada öldürülən iki rusiyalı zabitin fotoları yayılıb

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya ordusunun daha iki zabitinin öldürüldüyünü açıqlayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Ştefan məlumat yayıb. “Düşmənin motoatıcı rotasının komandiri, baş leytenant Ondar Arjaan və leytenant Kirill Oleniç Ukrayna ərazisində məhv edilib”, – Anatoli Ştefan qeyd edib. Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, fevralın 24-dən etibarən Rusiya…

“Yaxın Şərqi Çin, Rusiya və İranın nəzarətinə buraxmayacağıq”

“Birləşmiş Ştatlar Yaxın Şərqi tərk etmək niyyətində deyil, o, region ölkələri üçün tərəfdaş olaraq qalacaq”. Bu sözləri ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası ölkələrinin liderləri ilə görüşdə deyib. “ABŞ Yaxın Şərqdə fəal tərəfdaş olaraq qalmağa hazırlaşır. Dünya daha rəqabətli olduqca və üzləşdiyimiz problemlər mürəkkəbləşdikcə, ABŞ-ın maraqlarının və…

Zelenskinin müşaviri İtaliyaya səsləndi

“Qərb ölkələrindəki daxili siyasi mübarizə Ukraynaya silah tədarükünə təsir etməməlidir”. Bu fikri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak öz “Twitter” hesabında yazıb. “Qərb ölkələrində ənənəvi daxili siyasi mübarizə xeyirlə şər arasında davam edən fundamental mübarizəyə təsir etməməlidir. Xüsusilə, Ukraynaya silah tədarükü məsələsində”, – deyə Mixail Podolyak vurğulayıb. Xatırladaq ki, daha əvvəl İtaliyanın xarici işlər…