Haaqada azərbaycanlı yazıçı Orxan Arasın kitabı təqdim edilib

Niderlandın Haaqa şəhərində Almaniyada yaşayan azərbaycanlı yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitabın holland və türk dillərində təqdimat mərasimi keçirilib. Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə şəhərin “Transval” kitabxanasında təşkil olunan tədbirdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin I müavini Səbinə Sadıxova, Türkiyə səfirliyinin Niderland Krallığındakı nümayəndəsi Ozan Can Gümüş, Qərbi…

“Qədim Şuşa” adlı rəsm sərgisi keçirilib

Bakı Kitab Mərkəzində (BKM) “Gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin “Qədim Şuşa” adlı rəsm sərgisi keçirilib. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, xaricdən gələn diaspor…

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev…

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib. Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğunu qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqların uğurla həyata keçirildiyini bildirdi və bu baxımdan ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji…

Ağ xalatlı mələklər – həkimlər

Hələdə davam edən  Rusiya – Ukrayna   müharibəsində,  həm ön, həm də arxa cəbhədə xidmət göstərən  şücaətli soydaşlarımız yetərincədir. Bildiyiniz kimi,  24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Moskva vaxtı ilə saat 06:00-da  Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Müharibənin ilk günlərindən…

Prezident Albaniyanın Baş naziri ilə görüşdü

Aprelin 14-də Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev Baş nazir Edi Ramanı qarşılayıb. Sonra birgə foto çəkdirilib. Albaniyanın Baş nazirini salamlayan Prezident İlham Əliyev deyib: -Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz, sizi Azərbaycanda görməyimə çox şadam. Bu, bir-birimizi görmək və gündəliyimizdə duran…

“Bu müharibənin nəticələri onilliklərlə davam edəcək”

“Bu müharibənin nəticələri onilliklərlə davam edəcək”. Bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın tvitter hesabından davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı yazıb. Böhranın dərinləşməyə davam etdiyini bildirən Kalın müharibənin təsirlərinin onilliklər boyu davam edəcəyini vurğulayıb: “Qarşılıqlı səhvlər, yeni qüvvələr balansının axtarışı, qısamüddətli maraq hesablamaları orta və uzunmüddətli perspektivdə böyük strateji itkilərə, eləcə də, humanitar dramlara səbəb…

İlham Əliyev Pakistanın yeni Baş nazirini təbrik etdi

Prezident İlham Əliyev Pakistan Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Hörmətli cənab Baş nazir, Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun…

Haaqa şəhərində Qərbi Azərbaycan icmasının nümayəndəliyi yaradılıb

Niderlandın Haaqa şəhərində Avropada yaşayan Qərbi azərbaycanlıların toplantısı keçirilib. Niderland-Azərbaycan Türk Kültür Dərnəyində baş tutan tədbir Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli və Azərbaycan Dillər Universitetinin dosenti, QAİ-nin beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyevanın iştirakı ilə gerçəkləşdirilib. Tədbir iştirakçıları Avropada yaşayan bütün Qərbi azərbaycanlıları birləşdirmək məqsədilə QAİ-nin nümayəndəliyinin təsis…