Azərbaycan Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verdi

Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Bu barədə təşkilat məlumat yayıb. “Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir. İddiaçı (Azərbaycan-red.) Ermənistanın həm birbaşa, həm də dolayı yolla etnik təmizləmə siyasətini davam etdirdiyini və…

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək. Bununla əlaqədar olaraq bu il sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Təşkilat…

“Ərdoğanın planı budur….”

Rusiyalı siyasi ekspert Vladimir Avatkov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı zamanı verdiyi “Dünya 5-dən böyükdür” mesajını şərh edib. Ekspert Ərdoğanın bu mesajının təsadüfi olmadığını, Türkiyənin artıq qlobal gücə çevrildiyini bildirib. Türkiyə liderinin açıqlamasını şərh edən Avtakov vurğulayıb: “Birincisi, bura Türkiyənin artıq dünya gücü olduğu dünyadır. İkincisi, bura Türkiyənin fərqli sərhədlərə sahib…

Zelenski Ərdoğana təşəkkür etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-da keçirdikləri görüşdə Krımın Rusiyaya qanunsuz ilhaqı ilə bağlı verdiyi açıqlamaya görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Ukrayna prezidenti Krımın Rusiya tərəfindən işğal edilməsinə göstərdiyi münasibətə görə Türkiyə liderinə təşəkkür edib. Zelenski Ukrayna-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını və…

Danışıqlar tarixə qovuşur: İran ətrafındakı təhlükə böyüyür

“İranın daxili sosial-iqtisadi vəziyyətinin ağırlaşması və nüvə danışıqlarının baş tutmaması Tehran üçün ciddi baş ağrısı yaradacaq”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert İranın nüvə proqramı ətrafındakı son inkişaflara diqqət çəkib: “İran “Altılıq” formatında nüvə danışıqlarına başlamağa hazır olduğunu bildirib. İran Prezidenti İbrahim Rəisinin son çıxışı Vaşinqton və Tehran arasında nüvə danışıqlarının bərpa edilməsinə hesablanıb. Amma…

Prezident İlham Əliyev “DP World” şirkətlər qrupunun sədrini qəbul edib

Prezident İlham Əliyev sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib. Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin açılması…

Ermənistan üçtərəfli sazişə əməl etsə…

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik məktubu göndərib. Baş nazir Nikol Paşinyana ünvanlanan məktubda Rusiya Federasiyasının başçısı bir neçə məsələyə toxunub. “Rusiya-Ermənistan münasibətləri dost, müttəfiqdir. Dövlətlərimiz arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq – AİB, KTMT və MDB çərçivəsində konstruktiv əməkdaşlıq qurulmuşdur. Əminəm ki, birgə səylərlə bütün sahələrdə ikitərəfli tərəfdaşlığı gücləndirməyə bundan sonra…

Bill Qeyts planetin xilası üçün yüz milyonlarla dollar vəsait cəlb edib

Dünyanın ən varlı şəxslərindən olan Bill Qeyts planetin xilasında həlledici rol oynaya biləcək yaşıl texnlogiyaların yaradılması məqsədilə yüz milyonlarla dollar həcmində vəsait cəlb edib. Onun təsis etdiyi “Breakthrough Energy” qeyri-kommersiya təşkilatı 2016-cı ildən bu yana ABŞ-ın yeddi böyük şirkətindən sərmayə alıb. Qeytsin sponsorları “Microsoft”, “BlackRock”, “General Motors”, “American Airlines”, “Boston Consulting Group”, “Bank of America”…

Qəbələdən olan çüdocu bürünc medal qazanıb

Serbiyanın paytaxtı Belqrad şəhərində yaxın günlərdə keçirilmiş Dünya Məktəblilərinin İdman Oyunlarında ölkəmizin Qəbələ rayonunu təmsil edən Eyvazlı Hüseyn Ceyhun oğlu 66 kq çəki dərəcəsində fəxri kürsüdə yer alaraq bürünc medal qazanıb. Rezonans.az -ın məlumatına görə idmançının  bu yüksək qələbəsi rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətləndirilmişdir. Belə ki, rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov…

Fransa əvvəllər güclü Almaniyadan ehtiyat edirdi, indi isə onun zəifləməsindən qorxur…

Almaniyada seçkiqabağı yarış Parisdə diqqət və narahatlıqla izlənilir. Qeyd olunur ki, Fransa Almaniyadan Avropa təhlükəsizlik və müdafiə siyasətində fəal iştirakını davam etdirəcəyini və Aİ lideri roluna əməl edəcəyini gözləyir. Bu vəziyyətdə Paris üçün ən yaxşı variant Armin Laşetin qələbəsi, ən pis variant isə 2022-ci ilə qədər uzanacaq koalisiya hökumətinin yaradılması ilə bağlı danışıqlar olardı. Qəzet yazır…