Mehriban Əliyeva: “Siz bizim fəxrimizsiniz!”
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi instaqram səhifəsində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Bu gün biz böyük fəxarətlə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeyd edirik! Sözlə ifadə edilməsi çətin olan hislərlə qeyd edirik. Biz Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə və dözümlülüyünüzə görə sizə…









