Diaspor könüllüləri Cıdır düzündə “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər

“Azərbaycan Diaspor Könüllüləri”nin mədəniyyət paytaxtımız Şuşaya səfəri başa çatıb.  “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, gənclər səfər proqramında nəzərdə tutulmuş bütün tarixi və mədəni məkanları, o cümlədən “Bazarbaşı”nı, Cıdır düzünü, güllələnmiş heykəllərin olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın sarayını, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Üzeyir Hacıbəyovun heykəlini, Bülbülün…

“Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu günbəgün artmaqdadır”

Sentyabrın 2-də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı. Cənab Prezident çıxışında ölkələrimiz arasındafəal siyasi dialoqdan, ikitərəfli gündəliyimizə yeni, vacib mövzuların daxil olunmasından danışdı,ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüsləri diqqətə çatdırdı. Ölkə başçısı qeyd etdi…

Rusiya xəstələri də zorla müharibəyə göndərir

Rus hakimiyyəti Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində xəstələri və veteranları müharibəyə göndərir. Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. “Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 194-cü günü başlayıb. Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində məcburi səfərbərlik davam edir. Donetskdə rus işğalçıları canlı qüvvə itkilərinin artırılması üçün “yeni mənbə” aşkar ediblər. Belə ki, bu yaxınlarda Rusiya ordusunun nümayəndələri…

Rusiyanın dağılmasına hazır olmalıyıq

ABŞ-ın hərbi məqsədi Rusiyanın hərbsizləşdirilməsi olmalıdır. Bu barədə ehtiyatda olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces Tvitterdə yazıb. “Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi Rusiya Federasiyasının sonunun başlanğıcının şahidi oluruq. Buna hazır olmaq lazımdır. Biz SSRİ-nin dağılmasına hazır deyildik”, – o bildirib.

İşğalçılar Krımdan qaçırlar, düz edirlər

İşğalçılar (Rusiya tərəfi – red.) Krımdan qaçmağa başlayıblar, bu, doğru seçimdir. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “İnanıram ki, Ukrayna bayrağı və azad həyat yenidən Krıma qayıdacaq. Bunun üçün Ukrayna ordusu, xüsusi xidmət orqanları, kəşfiyyat mühüm addımlar atır və bu addımlar artıq duyulmaqdadır”, – deyə dövlət başçısı bildirib.

Ukraynadakı partlayış canlı yayım vaxtına təsadüf etdi – VİDEO

Ukraynanın Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində baş verən partlayış jurnalistlərdən birinin obyektivinə düşüb. Partlayışdan dərhal sonra jurnalistin müsahibə aldığı qadın və sərgidə iştirak edən şəxslər sürətlə ərazidən uzaqlaşmağa başlayıb. Qeyd edək ki, bu gün Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində tank əleyhinə qumbaraatanın partlaması nəticəsində 3 uşaq yaralanıb. Uşaqlardan birinin vəziyyəti ağırdır.  

Ukraynadan ərzaq daşıyan daha 12 gəmi yola düşüb

Bazar günü ərzaqla dolu 12 quru yük gəmisinin Ukrayna limanlarını tərk edərək taxıl dəhlizi ilə yola düşüb. Bunu Türkiyənin Müdafiə Nazirliyi özünün “Twitter” səhifəsində açıqlayıb. Bildirilib ki, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı Birgə Koordinasiya Mərkəzinin nəzarəti altında humanitar dəhliz boyu həyata keçirilir. Bosfor boğazına daxil olmazdan əvvəl hər gəmi yoxlanılır. Oxşar tədbirlər Ukraynaya gedən…

Rusiya və Ermənistan vətəndaşı olan erməni hansı əsaslarla Qarabağa köçüb? – VİDEO

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardaryan Qarabağın Rusiya sülhməramlılarının müvəqətti nəzarətində olan hissəsinə köçdüyünü açıqlayıb. 44 günlük müharibədə Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən Rusiyadakı erməni lobbisinin əsas fiqurlarından hesab olunan Vardaryanın bu addımının arxasında hansı məqamlar dayanır? Adı külli miqdarda çirkli pulun Rusiyadan Avropaya çıxarılmasında hallanan və kriminal aləmin üzvləri ilə yanaşı çəkilən…

ABŞ-da Çinin Tayvana hücum edəcəyi təqdirdə vuracağı hədəflərin sayı açıqlandı

Çin Xalq Azadlıq Ordusu Tayvanın 3500-ə yaxın hərbi və mülki infrastrukturunu vura bilər. Bununla da adanın uğurla ələ keçirilməsinə nail ola bilər. Bu barədə ABŞ-ın Corc Meyson Universitetinin Merkatus Mərkəzinin tədqiqatçıları araşdırma aparıblar. Araşdırmanın nəticələri “Newsweek” nəşrində dərc edilib. Qeyd olunub ki, 183 hədəf birbaşa hərbi obyektlərə daxildir; daha 341 hədəf nəqliyyat infrastrukturu ilə bağlıdır;…

Yaponiyada 100 mindən çox insan təxliyə edilir

Yaponiyada “Hinnamnor” qasırğasının yaxınlaşdığı bildirilib. Bununla əlaqədar hakimiyyət 100 mindən çox insanı təxliyə edir. Bildirilir ki, ölkənin cənubundakı Okinava prefekturasının İsiqaki şəhərinin 49,6 min sakini, həmçinin Okinavanın Miyakodzima şəhərinin 55,5 minə yaxın sakini təxliyə əmri alıb. “Hinnamnor” qasırğası avqustun 28-də Sakit Okeanda tropik fırtına kimi formalaşıb. Qasırğanın  daxilində küləyin sürəti saniyədə 60 metrə çatır. Hazırda…