Rusiyada koronavirusdan ölənlərin sayı 264 mini ötdü
Rusiyada son sutka ərzində 1 252 nəfər koronavirusdan vəfat edib. Bugünədək ölənlərin sayı 264 095 nəfərə çatıb. Bir gün əvvəl 1 1254 nəfər virusun qurbanı olmuşdu. Eyni zamanda ölkədə son sutkada 36 970 nəfər koronavirusa yoluxub. Hazırkı dövrədək Rusiyada koronavirusa yoluxanların sayı 9 331 158 nəfərə çatıb.










