Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident! Azərbaycan dövləti dünyada ən qüdrətli müstəqil ölkələrdən biri olaraq inkişaf etməkdədir. Onun güclü ordusunun Müzəffər Ali Baş Komandanı dövlətin Konstitusiyasına və xalqın iradəsinə əsaslanaraq ölkəmizin ərazi bütövlüyünü 44-günlük müharibədə bərpa edərək, yeni bir dövrün başlanğıcını müəyyən etdi. Bu mənada “…xaricdə yaşayan milyonlarla azərbaycanlıların da ürəyi tarixi vətəniylə bir döyünürdü…” fikriniz də təqdirə şayandır.…

Dövlət Komitəsinin əməkdaşlarına orden və medallar təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuş əməkdaşlara orden və medalların təqdim olunması mərasimi keçirilib. Tədbiri açıq elan edən Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, yola salmaqda olduğumuz 2021-ci il Azərbaycan dövləti, Azərbaycan diasporu və komitə üçün uğurlu il olub. İl ərzində göstərdikləri gərgin və səmərəli fəaliyyətə görə komitə əməkdaşlarına…

İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəldilər. Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər. Sonra Prezident İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir,…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti, dünyanın nüfuzlu siyasətçisi, tanınmış diplomat və müzəffər Ali Baş komandan cənab İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olub. İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil…

Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevlə bağlı paylaşım edib. Birinci vitse-prezident dövlət başçısını 60 illik yubileyi münasibətilə təbrik edib: “Hörmətli cənab Prezident! Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki,…

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 60 illik yubileyidir

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 60 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra,…

Britaniya mütəxəssislərindən 2022-ci il üçün ilginc hava proqnozu…

Böyük Britaniyanın Meteoroloji xidməti mütəxəssislərinin proqnozuna görə, planetin orta hərarəti industrial dövrdən əvvəlki (18-ci əsrin ortalarınadək olan dövr) göstəricilərindən Selsi şkalası üzrə təxminən 1, 09 vahid yüksək olacaq. Hərçənd orta hərarət 2015-ci ildən başlayaraq, bəzi illərdəkinə nisbətən aşağl olacaq, bu, artıq ikinci dəfə olacaq ki, göstəricilər adıçəkilən dövrün göstəricilərindən 2 dərəcə yüksək olacaq. Bu barədə…

Şimal qütbündə parlayan qar tapıldı

Rusiyanın Arktika regionunda tədqiqat stansiyasında işləyən bioloq Vera Yemelyanko bu yaxınlarda itləri ilə gəzinti zamanı qar yığınlarında mavi parıltını seyr edib. Hadisəni araşdırmaq üçün bir ovuc qar götürən bioloq, sıxıldığı zaman mavi işıqların daha da artmasının şahidi olub. Yemelyanko sonrdan ayaq izlərinin də “mavi Milad işıqları kimi” parıldadığını görüb. Ağ Dəniz Biologiya Stansiyasındakı laboratoriyasında götürdüyü…

İran, Azərbaycan və Gürcüstan arasında yeni tranzit marşrutu yaradılır

Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutu üzrə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə ilk sınaq yürüşü həyata keçirilir. Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, bununla da, Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platforması yaradılır. Üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına,…

Qazilərə birdəfəlik ödəniş veriləcək

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər…