Vaksin vurdurmayanlar üçün lokdaun qüvvəyə minir

Noyabrın 15-dən etibarən Avstriyada koronavirusa qarşı peyvənd olunmamış şəxslər üçün lokdaun qüvvəyə minəcək. Ölkədə koronavirusa yoluxmanın sürətlə artımının qarşısını almaq üçün hökumət sərt tədbirlərə əl atmalı olub. Mətbuatdə dərc olunan layihəyə əsasən, bütün ölkə üzrə koronavirusun ilk dalğasında olduğu kimi lokdaun tətbiq olunacaq. Peyvənd olunmuş və xəstəlikdən sağalmış şəxslər, eləcə də 12 yaşına çatmamış uşaqlara…

Putin NATO və ABŞ-ı tənqid edib

Rusiya Prezidenti Vladimir Putin Belarus-Polşa sərhədindəki miqrant gərginliyi ilə bağlı danışarkən, NATO və ABŞ-ı da tənqid edib. Putin ABŞ hərbi gəmilərinin NATO missiyası çərçivəsində Qara dənizə girməsi və alyansın buradakı hərbi təlimlərinin Rusiyaya meydan oxuma olduğunu deyib. “ABŞ və NATO müttəfiqləri Qara dənizdə plansız hərəkətlər həyata keçirirlər. Üstəlik, bu təlimlər üçün güclü şəkildə formalaşdırılmış Hərbi…

Polşa sərhədini keçmək istəyən minlərlə miqrantla başlayan böhran…

Rusiya və Ukrayna arasında Qara dəniz gərginliyindən sonra bu dəfə Polşa və Belarus arasında miqrant böhranı yaşanır. Polşa sərhədini keçmək istəyən minlərlə miqrantla başlayan böhran daha da çıxılmaz hala gəlib. Baş verənlərə müdaxilə edən Rusiya Belarusa bombardmançı təyyarələr göndərib və iki ölkə arasında birgə təlim keçirilib. Amma bu zaman gözlənilməz olay baş verib və rus…

“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat tədbiri keçirilib

14 noyabr 2021-ci il tarixdə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin Nizami Gəncəvi ilinə həsr olunmuş hesabat tədbiri keçirilib. Rezonans.az-ın məlumatına görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin giriş hissəsində təşkilatın təsisçisi və sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski ictimai birliyin əsas fəaliyyət istiqamətlərindən, məqsədlərindən bəhs edib. E.Talışınski rəhbərlik…

Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə bağlı bəyanat qəbul edib

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ilk ildönümü münasibətilə bəyanat qəbul edilib. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Sənəddə Azərbaycanın ötən ilin 27 sentyabr tarixində başlamış və 44 gün davam etmiş müharibə nəticəsində öz torpaqlarını işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri…

Misir mətbuatı İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsinə geniş yer ayırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi Misir mətbuatının diqqət mərkəzində olub. Misirin nüfuzlu “Cümhuriyə” və “Əl Masr Əl Yom” qəzetləri, “Əl Ğad”, “Əl Diplomasi”, “Yeni Dünya xəbərləri” portalları, həmçinin “Asia Əl Yom” agentliyinin saytında yayımlanan xəbərlərdə qeyd olunub ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq…

Qlobal istiləşmə dəhşətli həddə çatdı

Alimlər qlobal istiləşmə ilə bağlı fəaliyyətləri sürətləndiriblər. Arizona Universitetinin rəhbərlik etdiyi və dünyanın son buz dövrünə işıq salan araşdırmada mühüm detallar üzə çıxıb. Buna əsasən, Yer kürəsi son 24 min ildə heç vaxt indiki qədər isinməyib. Qeyd edilir ki, hazırkı temperatur 24 min il ərzində görünməmiş səviyyədədir və bu, insan tərəfindən törədilən qlobal istiləşmənin sürətinin dünyada…

Almatıda Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Qazaxıstanın Almatı şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş toplantı keçirilib. Qazaxıstanda fəaliyyət göstərən “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyinin təşkil etdiyi toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və soydaşlarımız iştirak ediblər. Tədbirdə “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğlu,…

Şuşada rus ekspertlərin iştirakı ilə dəyirmi masa keçirildi

Şuşada Rusiyanın tanınmış ekspert və elm adamlarının iştirakı ilə “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Prezident Administrasiyasının təmsilçiləri və Milli Məclisin deputatları da iştirak ediblər. Əvvəlcə qonaqlar Qarabağın “hava qapısı” adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Burada qonaqlara məlumat verilib ki, bu hava limanı…

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu

Azərbaycanın daha 2 taekvondoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən gənclər arasında Avropa çempionatında medal qazanıb. Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub. İlk yarış günündə Pünhan Mürsəlov (45 kq) bürünc medala yiyələnmişdi. Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 1 bürünc medal var. Avropa çempionatına noyabrın…