Ukraynada müharibə dünyada qaçqınların sayını artırıb
Dünyada qaçqınların sayı tarixdə ilk dəfə olaraq 100 milyon nəfəri keçib. Buna, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəb olub. “Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində biz bu yaxınlarda dəhşətli mərhələyə çatdıq: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, indi 100 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb ki, bu tarixdə heç vaxt olmadığı qədər çoxdur”, – …










