Moldovada yaşayan soydaşlarımızdan dəstək aksiyası
Moldovada yaşayan soydaşlarımız Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Azərbaycana dəstək ifadə etmək və şəhidlərimizin xatirəsini ehtiramla yad etmək üçün ölkəmizin Moldovadakı səfirliyinin meydanına toplaşıblar. Görüşdə Moldova parlamentindəki hakim “Fəaliyyət və Həmrəylik” partiyasından olan deputat, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Vitali Jakot, Moldovada yaşayan soydaşlarımız, yerli sakinlər, müxtəlif icmaların nümayəndələri və gənclər iştirak ediblər. Görüş iştirakçıları…










