Azərbaycan bu il nə qədər neft ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 5 337 711,07 min ABŞ dolları dəyərində 11 408 096,26 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb. Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Xorvatiya qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 751 238,16 min dollar dəyərində 1 530 609,18 ton neft…

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226…

Azərbaycan münaqişədən sonrakı bərpa prosesində ATƏT-lə əməkdaşlığa hazırdır

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı tərəflər münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən ən son proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində atılan addımlar, habelə ATƏT ilə əməkdaşlıq məsələləri,…

Azərbaycanla demarkasiya sənədi təsdiqlənməlidir

Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın ötən axşam parlamentdə deputatlarla keçirdiyi iclasın gecə saatlarına qədər davam etdiyi, toplantının gərgin və əsəbi şəraitdə keçdiyi barədə məlumat yayılıb. “Hraparak”ın məlumatına görə, hakim “Mülki müqavilə” partiyasının deputatları ilə görüşdə Paşinyan bəzən elə qışqırırmış ki, onun səsi hətta parlamentin dəhlizlərində eşidilirmiş. “İclasdakı atmosferin gərginləşməsinə, Paşinyanın deputatlarla sərt tonda danışmasına…

Düşmənin məhv edilən D-30 divizionu – VİDEO

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun bölmələrinin peşəkarlığını ortaya qoydu. Azərbaycan ordusu qarşısına qoyduğu bütün tapşırıqları vaxtında və böyük dəqiqliklə icra edib. Hətta bəzən erməni tərəfinə düşünmək üçün belə vaxt qalmayıb. Məsələn, Rusiya mətbuatında Qarabağda – Qırmızı Bazar istiqamətində 2020-ci ilin 16 oktyabrında çəkilmiş görüntülər yayımlanıb. Görüntülərdə Qırmızı Bazar istiqamətində məhv edilmiş erməni artilleriyası əks…

“Prezidentin əsas tapşırığı vətəndaş məmnunluğudur”

Dekabrın 3-də Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib. Bu barədə nazirlikdən məlumat verilib.   İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Kollegiyanın müzakirəsinə çıxarılan məsələlərin kriminogen duruma təsiri, vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu bildirib. Gündəlikdəki məsələlər üzrə nazir müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin…

Ceyhun Bayramov Ararat Mirzoyanla görüşdən niyə imtina etdi?

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb. Açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi: “İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin…

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başa çatıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bir qrup diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında gerçəkləşən sayca dördüncü səfərdə 12 ölkədən 27 diaspor nümayəndəsi iştirak edib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı…

DİN Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə müraciət edib

“Vətənə qayıdış yaxınlaşır. İnsanlar tələsir. Anlaşılandır”. Bunu  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. “Ancaq bir qədər səbr və təmkin nümayiş etdirməliyik. Vətəndaşlarımızı təhlükədən qorumaq məqsədilə işğaldan azad edilən ərazilərə gedən yollarda müvəqqəti postlar var. Bu postlar, ona görə saxlanılır ki, işğaldan azad edilən ərazilərə icazəsiz səfərlərin qarşısı alınsın. Çünki hələ…

İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul edib. Görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb. Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına…