Avropada ən sürətli metro xətti Türkiyədə olacaq

Avropanın ən sürətli metro xətti Türkiyədə Cümhuriyyətində olacaq. Bunu Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu Türkiyə telekanallarından birinə verdiyi müsahibədə deyib. “Sabah istifadəyə verilməsi planlaşdırılan metro xətti Avropanın ən sürətlisi olacaq. Qatarlar 34 kilometrlik xətti 120 km/saat sürətlə gedəcək”, – deyə Türkiyənin nəqliyyat naziri bildirib.

Planetin ən qoca insanı 115 yaşlı ispan qadın oldu

Yer üzündə yaşayan ən qoca insan olaraq İspaniyadan 115 yaşlı qadın qeydə alınıb. Bu barədə Ginnesin Rekordlar Kitabında bildirilib. Mariya Branyas Morera adlı qadın Kataloniyada yaşayır, onun demək olar ki, 116 yaşı var – 115 yaş 323 gün. Ondan əvvəl ən yaşlı insan olan fransalı rahibə Lyusil Randonun ölümündən sonra Morera dünyanın ən yaşlı insanı…

“WhatsApp”ın yeni funksiyası

“WhatsApp” mesencerində artıq özünüzə mesaj göndərə biləcəksiniz. Bu barədə proqramın “AppStore”da ən son versiyasının təsvirində məlumat verilir. Yenilənmədən artıq əksər istifadəçilərin istifadə etməsi mümkündür. Sadəcə yeni çat yaratmaq və kontakt siyahısında özünüzü seçmək lazımdır. Özünüzə mətn mesajları, link keçidləri və ya fotoşəkillər göndərə bilərsiniz. Funksiya rəqəmsal bloknot və ya vacib məlumatların arxivi kimi faydalı ola…

Diasporumuz Britaniya Parlamenti önündə etiraz aksiyası keçirib

London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qeyri-qanuni istismarına etiraz əlaməti olaraq dinc aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə baş tutan etiraz aksiyasında Azərbaycan diaspor təşkilatlarının, türk diasporunun, yerli ictimaiyyətin nümayəndələri və bu ölkədə təhsil alan…

Rusiya yazda növbəti genişmiqyaslı hücum planlaşdırır

Rusiya bu yaz genişmiqyaslı hücum planlaşdırır. Ukrayna və tərəfdaşlar bundan xəbərdardırlar və fəal şəkildə hazırlaşırlar, müdafiə naziri Oleksiy Reznikov “Amerikanın Səsi”nə müsahibəsində bildirib. O, əmin edib ki, Ukrayna və tərəfdaşlar bütün risklərin dərk edilməsində eyni tərəfdədirlər. “Biz bu barədə uzun müddətdir ki, kəşfiyyatımız, analitiklərimiz və Baş Qərargahla danışırıq, ona görə də, əlbəttə ki, buna hazırlaşırıq”,…

“20 yanvar şəhidləri Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Diplomat bununla bağlı özünün sosial şəbəkədəki hesabından paylaşım edib. “Bu gün 20 yanvar hadisələrində şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad edirəm. Onlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçiblər”, – deyə diplomat bildirib.    

Azərbaycan Ermənistana qarşı yeni iddia qaldırdı

18 yanvar 2023-cü il tarixində Azərbaycan “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Bern Konvensiyasına uyğun olaraq indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesini başladıb. Bu tarixi arbitraj işi təxminən otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin qanunsuz işğalı dövründə Ermənistanı Azərbaycanın ətraf mühitinin və biomüxtəlifliyinin geniş miqyasda məhv edilməsinə görə məsuliyyətə cəlb…

Çin lideri həyəcan təbili çaldı

Çin Xalq Respublikasının sədri Si Cinpin yeni Ay ili ərəfəsində çinlilərin ölkə ətrafında saysız-hesabsız səyahət etmələri səbəbindən ölkənin kənd yerlərində COVID-19-un yayılmasından narahatlığını ifadə edib. Bu, Çin rəhbərinin səhiyyə sahəsində böhranın artması ilə bağlı birbaşa etirafıdır. O bildirib ki, Çin pandemiyaya cavab tədbirlərinin yeni mərhələsinə başladığı üçün indi onu ilk növbədə əsas kənd yerləri və…

“Nüvə dövlətinin adi savaşda uduzması nüvə müharibəsinə gətirib çıxara bilər”

“Nüvə gücləri böyük münaqişələrdə məğlub olmayıblar”. Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, Davosda keçirilən Dünya İqtisadi Forumunda siyasətçilərin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı səsləndirdikləri fikirləri şərh edib. Medvedev bu barədə öz “Twitter” hesabında paylaşım edib. “Davosda siyasətçilər təkrarlayırdılar ki, sülh əldə edilməsi üçün Rusiya uduzmalıdır. Onların heç biri…