“Samsunspor” və “Şaxtyor” ilk turu qələbə ilə başa vurdular

UEFA Konfrans Liqasının Liqa mərhələsinin ilk turunun oyunları baş tutub. Platform4.news xəbər verir ki, ilk turda daha doqquz matç keçirilib. Maraqla gözlənilən oyunlardan birində “Legiya Varşava” (Polşa) “Samsunspor” (Türkiyə) komandaları üz-üzə gəliblər. Türkiyə təmsilçisi görüşdən 0:1 hesablı qələbə ilə ayrılaraq azarkeşlərini sevindirib. Yeganə qolu Entoni Musaba vurub. Turun Aberdin” (Şotlandiya) – “Şaxtyor Donetsk” (Ukrayna) görüşü gərgin…

Əjdər Bağırov: “Avropa çempionatında çox yaxşı iştirak etdik” – video

“Avropa çempionatında çox yaxşı iştirak etdik”. Platform4.news İdman.biz– ə istinadən  xəbər verir ki, bunu Azərbaycan millisinun cüdoçusu Əjdər Bağırov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib. O, Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatındakı çıxışını dəyərləndirib. Bağırov bildirib ki, kubok bütün komandanın gücünün nəticəsində qazanılıb: “Hər bir idmançımızın burada böyük əziyyəti var.…

Azərbaycanlı Tunisdə qızıl medal qazandı

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunis şəhərində keçirilən Afrika çempionatında qızıl medal qazanıb. Federasiyadan verilən məlumata görə, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb. Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb. Daha əvvəl qadınlardan Nazilə…

Azərbaycan taekvondoçuları Avropa Multi Oyunlarında medal qazanıblar

Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Multi Oyunlarında 3 medal qazanıblar. Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yığmanın heyətində 48 kq çəki dərəcəsində Məhəmməd Həsənli gümüş medala yiyələnib. Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) yarışı bürünc mükafatla bitiriblər. Bu gün yeniyetmə taekvondoçular yarışacaqlar. Milli bu yarışda…

“Mançester Yunayted”lə “Barselona” revanş oyununa çıxırlar – AFİŞA

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Baş tutacaq qarşılaşmaların ardından 1/8 finala adlayacaq 8 klubun adına aydınlıq gələcək. Raundun ən diqqətçəkən cütlüyü olan İspaniya “Barselona”sı ilə İngiltərə klubu “Mançester Yunayted” bu dəfə ikincilərin meydanında üz-üzə gələcəklər. “Nou Kamp”dakı qollu bərabərliyin revanşında komandalar “Old Trafford”da münasibətlərinə aydınlıq gətirəcəklər. Turnirin digər favoritləri hesab…

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazanıb

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinin 4-cü günündə Azərbaycan güləşçisi Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan Güləş Federasiyasından bildirilib ki, təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb. Qadın güləşi 53 kq Təsnifat…

İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.  

2022-ci ilin “idman ulduzu” açıqlandı – FOTO

PSJ və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi BBC-nin “ilin idman ulduzu” mükafatını qazanıb. Bu mükafat “il ərzində dünya səhnəsində ən diqqətəlayiq idman uğuru əldə etmiş” idmançıya verilir. 35 yaşlı argentinalı 1960-cı ildən təqdim edilən mükafatı alan beşinci futbolçudur. Messi karyerasında ilk dəfə bu mükafatı qazanıb. Xatırladaq ki, Messi 2022-ci ildə Qətərdə baş tutan dünya çempionatında…

Gənc çempionumuz Əsgər Musayev – Video/Foto

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) 2022-ci il üçün son yarışı başa çatıb. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 2023-cü il üçün milli komandaların heyətini müəyyənləşdirmək baxımından dekabrın 6-dan təşkil edilən yeniyetmə, gənclər və böyüklər arasında Respublika Kubokunun son günündə Qala Gecə təşkil edilib. Yarışdan əvvəl hakimlər və komandalar zala dəvət olunub. Daha sonra AKF-nin prezidenti Orxan…

İlham Əliyev idmanın inkişafında xidmətləri olan şəxsləri təltif etdi

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxsləri fəxri ad, fəxri diplom və medallarla təltif edib. Bu barədə Prezident.az məlumat verib. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər Prezidentin müvafiq Sərəncamları ilə təltif olunurlar: “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə: Əliyev Vaqif…