“Azərbaycan Qoşulmama Hərəkatı ölkələrini fəal əməkdaşlığa çağırır”
“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransına ev sahibliyi edən Azərbaycan digər ölkələri fəal əməkdaşlığa ruhlandırır”. Bu barədə Liviya Parlamentinin sədrinin müşaviri Əhməd Haşaş deyib. “Liviya daha əvvəl Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü alqışlayırdı. Bu gün burada olmağımız bunu bir daha sübut edir. Liviya bu təşkilatın tamhüquqlu üzvüdür. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çox səmərəli olacaq.…










