Kanadadakı Azərbaycan dili məktəbində “Novruz-2022” adlı şənlik təşkil edilib

Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili məktəbində “Novruz-2022” adlı tədbir keçirilib. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Azərbaycan dili sinfinin rəhbəri Yeganə Cəfərova və köməkçi müəllim Gülnar Nəsirova Novruz bayramının adət-ənənələri haqqında şagirdlərə, valideynlərə və qonaqlara geniş məlumat veriblər. Sonra milli geyimli məktəb şagirdləri bayrama…

Azərbaycan Evində Kiyev sakinləri üçün yardım aksiyası təşkil edilib

  Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisi – Azərbaycan Evi bu gün kiyevlilərin də böyük ümidlə üz tutduğu məkana çevrilib. Soydaşlarımızın təxliyəsindən sonra UAR paytaxt sakinləri üçün yardımları müntəzəm davam etdirir. UAR İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə bu gün səhər Azərbaycan…

Ukraynada yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə

Ukraynadan təxliyə olunan həmvətənlərimizin əsasən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi almaq üçün müraciət etdiyini nəzərə alaraq, aşağıdakı məlumatı diqqətə çatdırırıq. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlərdən biri təqdim edilməlidir: – Etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv səbəblərdən yenilənməsi mümkün olmamış Azərbaycan Respublikası ümumvətəndaş pasportunun əsli; – Etibarlı, yaxud etibarlılıq müddəti bitmiş və müəyyən obyektiv…

Politoloq: Rusiya Ukraynanı hərbi yolla…

“Rusiya Ukraynanı hərbi yolla təsiri altına salması mümkün deyil”. PLATFORM4.NEWS xəbər verir ki, bunu Ukraynada yaşayan soydaşımız  politoloq Qulu İbrahimov deyib. Politoloq bildirib ki, Ukrayna artıq otuz ildir müstəqil bir dövlətdir. Bu illər ərzində Ukrayna xalqı avrointeqrasiya seçimini edib və öz iradəsini nümayiş və etirazlarla sübut edib.Demək olar ki, Ukraynanın bütün bölgələrində əhalinin böyük hissəsi…

“Kiyevin Zelenskinin öldürüləcəyi halda “B” planı var…”

ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, ukraynalıların Zelenskinin öldürüləcəyi təqdirdə “hakimiyyətin fasiləsizliyini” təmin edəcək “B” planı var. Bunu o, martın 6- da CBS News  telekanalının “Face the Nation” proqramında deyib. Teleaparıcının “Rusiya hərbçiləri tərəfindən Zelenski öldürülərsə, Ukrayna ilə nə baş verəcək?” sualına Blinken belə cavab verib: “Ukraynalıların öz planları var, mən bu barədə…

Erməni cinayətləri şahidlərin dili ilə

Qarabağ Azadlıq Təşkilatının məlumatı. İşğalçıların Azərbaycan xalqına vurduğu zərbələr hələ bir neçə onilliklər ərzində on minlərlə ailənin, Azərbaycan vətəndaşının yaşam tərzində öz mənfi nəticələrini göstərəcək. Çünki, toplanan faktlar sübut edir ki, erməni neonasizmi bütövlükdə insaniyyətə qarşı yönəlib və azərbaycanlılara qarşı törədilən vəhşiliklər bu istiqamətdə nümunə rolunu oynayır. Təkcə Ağdam rayonu üzrə toplanmış faktlar insanlıq simasını…

Xarkovda Azərbaycanın fəxri konsulluğ binası vuruldu

Azərbaycanın Xarkovda yerləşən fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. Platform4.news xəbər verir ki, bu barədə yerli mətbuat  məlumat yayıb. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb. Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər.

Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçən azərbaycanlılara müraciət edib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Diasporla İş üzrə Dövlər Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib. Komitə Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan…

Aİ ölkələri Rusiyaya sanksiyalarla bağlı razılığa gəldi

Avropa İttifaqı ölkələrinin liderləri fövqəladə sammitdə Rusiyaya qarşı maliyyə sektoruna, enerji və nəqliyyat sektorlarına, ikili təyinatlı mallara, viza siyasətinə təsir edəcək yeni sanksiyalarla bağlı razılığa gəliblər. Bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel Tvitter səhifəsində yazıb. “Aİ Şurası bu gün tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiya üçün kütləvi və ciddi nəticələrə səbəb olacaq əlavə məhdudlaşdırıcı…

“Bu, Avropanın bütün təhlükəsizlik nizamına qarşı hücumdur”

Finlandiya Prezidenti Sauli Niiniste Rusiyanın Ukraynada əməliyyatlar keçirməsini Avropada təhlükəsizlik nizamına hücum adlandırıb. Bu barədə siyasətçi tviterdə yazıb. “Mən Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatları kəskin şəkildə pisləyirəm. Rusiyanın hərəkətləri Ukraynaya yönəlib, eyni zamanda, bu, Avropanın bütün təhlükəsizlik nizamına qarşı hücumdur. Biz Ukraynanın dərdini bölüşürük və onun üçün dəstəyimizi artırmaq yollarını axtarırıq”, – o yazıb.