Məxfi sənəd ortaya çıxdı – Rus ordusu ilə bağlı iddia təsdiqləndi

“Vaqner” qrupunun muzdlularının Liviyadakı əməliyyatlarının Rusiya ordusu və müharibə cinayətləri ilə əlaqələrinə diqqət çəkilib. Bu barədə BBC-nin xüsusi reportajında bildirilib. “Vagner”dən olan bir muzdluya aid itirilmiş planşetdə döyüşçünün təşkilatdakı kritik rolu və digər döyüşçülərin izlənilə bilən kod adları haqqında məlumatlar yer alıb. Mütəxəssislər BBC-nin ələ keçirdiyi siyahıdakı hərbi texnika və silahların yalnız Rusiya ordusu tərəfindən…

Qəddafinin oğlu ilə bağlı şok iddia

Liviya Hərbi Prokurorluğu bu ölkənin mərhum lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Qəddafinin oğlu “qətl və muzdlu hərbçilərdən istifadə”də ittiham olunur. Sözügedən qərarın paytaxt Tripoliyə hücumlarda Rusiyaya bağlı “Vaqner” muzdlu qrupu tərəfindən törədilən cinayətlərlə əlaqədar iş materialları üzərində istintaq araşdırmalarına əsaslandığı açıqlanıb. Seyfulislam Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi…

Yerə bənzəyir: Qitə, dəniz, okean, yağış və atmosferi var

ABŞ-ın Milli Kosmos İdarəsinin (NASA) “Dragonfly” dronu Saturnun peykində əvvəllər və indi həyatın mövcud olub-olmadığını araşdıracaq. Çihaz Titanın ekvatoruna enəcək. Kosmik aparat vasitəsilə bu göy cismində həyatın olub-olmadığını bilmək üçün torpaq nümunələrinin götürülməsi planlaşdırılır. Saturnun peyki Titan qismən Yer kürəsinə bənzəyir. Titanda sıx olsa da metan atmosferi, yağışlar, hava, dəniz, okean və qitələr mövcuddur. “Dragonfly”…

Prezident “Şərəf” ordenini Oljas Süleymenova təqdim etdi

Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edərkən ona “Şərəf” ordenini təqdim edib. Prezident İlham Əliyev görüş zamanı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırladıb. Dövlət başçısı Oljas Süleymenovun Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf”…

Qəbələdə koronavirus (COVİD-19) infeksiyasına qarşı dezinfeksiya işləri gücləndirilib

Qəbələdə koronavirus (COVİD-19) infeksiyasına qarşı dezinfeksiya işləri gücləndirilib. Rezonans.az-ın məlumatına görə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qəbələ şəhərinin prospekt və küçələri xüsusi məhlulla yuyulmuş, həmçinin yaşayış binaları və həyətlərində, gündəlik tələbat malları mağazaları və apteklərin giriş-çıxışlarında, digər təyinatlı iaşə obyektlərində, eləcə də bir necə müəssisədə sanitar-dezinfeksiya işləri aparılmışdır. Hazırda dezinfeksiya işləri davam etdirilir.

Bu qadın NATO-nun sükanı arxasına keçə bilər

NATO tarixində ilk dəfə olaraq 2022-ci ilin oktyabrında bu vəzifədə norveçli Yens Stoltenberqi əvəz edən bir qadın ittifaqın baş katibi ola bilər. Bu barədə İspaniyanın “El Pais” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Qəzet qeyd edib ki, yeni baş katib gələn ilin yazında Madriddə keçirilməsi gözlənilən NATO sammitində seçiləcək. Nəşrin iddiasına görə, alyans daxilində Stoltenberqin…

Şoyqudan Qafqaz açıqlaması

“Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır”. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatlarına kömək etməyə hazırdır. Bundan əlavə, Şoyqu Ermənistanda sabitliyin qorunmasında maraqlı olduğunu bildirib. “Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrində islahatlar proqramının həyata keçirilməsinə yardım göstərməyə davam…

Yoluxma sürətini azaltmağın ən təsirli yolu…

Əgər çox sayda vətəndaş koronavirusa yoluxub xəstələnərsə, xəstəxanaya yatma halları artarsa, səhiyyə müəssisələri dolarsa, hökumətlərin sərt karantin tədbirlərini tətbiq etməkdən başqa çarəsi qalmır. Yoluxma sürətini azaltmağın ən təsirli yolu insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq profilaktik tədbirlərlə – ara məsafəsinin qorunması, əl gigiyenasına əməl edilməsi, respirator gigiyenaya riayət olunması…

Heydər Əliyev Mərkəzindən Türkiyəyə DƏSTƏK

Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub. Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub. Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak ediblər. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri…

“The National Interest” jurnalı: Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır

ABŞ-ın “The National Interest” jurnalında Baltimor Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin icraçı direktoru İvan Saşa Şixanın Ermənistan rəhbərliyi və 2020-ci ilin payızında darmadağın olan erməni silahlı birləşmələri tərəfindən davam etdirilən təxribat xarakterli hərəkətlər barədə “Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan atəşkəs…