Dekabrın 20-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından 300 gün keçir.
Hər bir ukraynalı təcavüzkarı məğlub etmək üçün ümumi işə öz unikal töhfəsini verir. Bunu prezident Vladimir Zelenski deyib və Ukraynanın hərbi fotolarından ibarət daha bir seçmə dərc edib.
“Müdafiə qüvvələrimizin, bütün xalqımızın qəhrəmancasına müqavimət göstərdiyi hər gün bütün Ukraynanın nəhayət qələbəni – qələbəni və sülhü hiss edəcəyi anı yaxınlaşdırır. Həqiqi, etibarlı”, – Zelenski yazıb.
















