Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşündən yazıb

“Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və təhlükəsizliyin ən yaxşı şəkildə təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə qarşılayıram”. Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter”də yazıb. “Bu, Azərbaycan Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyişdir”, – o, qeyd edib.  

Türk Dövlətləri Təşkilatının Baş katibi İlham Əliyevi təbrik etdi

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident. Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. 1918-ci il mayın…

Zelenski Rusiya ilə danışıqların bərpası üçün şərtini açıqladı

Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin Rusiya ilə danışıqları hansı halda bərpa edəcəyini açıqlayıb. O, bəyan edib ki, Ukrayna yalnız bütün tutulan ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq. “Biz hər şeyi fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq, sülh, müharibənin dayandırılması və ərazilərimizin qaytarılmasını müzakirə edəcəyik”, – deyə…

“Finlandiya və İsveçi alyansa qəbul edərkən Türkiyənin narahatlığı nəzərə alınmalıdır”

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması prosesini əngəlləyir. Lakin NATO-nun baş katibi Yens Stoltenberqin fikrincə, Ankaranın arqumentləri və narahatlıqları nəzərə alınmalıdır. O, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib. “Mən şənbə günü Ərdoğanla danışdım. Türkiyə terrorizm və təhlükəsizlik məsələləri ilə bağlı narahatlığını ifadə edib. Əminəm ki, Finlandiya və İsveçi öz ittifaqımıza qəbul etmək üçün…

Ukrayna Rusiya və Belarusun on milyardlarla aktivinə həbs qoyub

İqtisadi Təhlükəsizlik Bürosu (İTB) Rusiya və Belarusun 30 milyard UAH-dan çox aktivlərinə həbs qoyub. Platform4.news Hökumət Portalına istinadən xəbər verir ki, bu hələ başlanğıcdır, Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosunun direktoru Vadim Melnik Avropa İttifaqının Ukraynadakı Məsləhət Missiyasının (AİUMM) nümayəndələri Fredrik Ueslau ilə görüş zamanı bildirib. “Rusiya Federasiyasının təcavüzü zamanı dövlət orqanlarının fəaliyyətinin dəstəklənməsi xüsusilə aktualdır. Əlaqələrin…

Baş Qərargah Ukraynadakı rus işğalçılarının itkiləri ilə bağlı məlumatları açıqlayıb

Mayın 21-nə olan məlumata görə, Ukraynada rus işğalçılarının itkiləri 28 850 nəfər təşkil edir. Dəqiq məlumatlar müəyyənləşdirilir, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da bildirib. Hesablamalar hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda deyilir.   Düşmən itkilər verməkdə davam edir: – MLRS – 201; – təyyarə – 204; – tanklar – 1278; – hava hücumundan…

“Qələbə çətin və qanlı olacaq” – Video

Prezident Vladimir Zelenski Ukraynanın Rusiyaya qarşı müharibədə qələbə çalacağına əmin olduğunu bildirib. Bunu dövlət başçısı prezidentin inauqurasiyasının üçüncü ildönümü münasibətilə Olena Zelenskayaya müsahibəsində deyib. Zelenskinin sözlərinə görə, qələbə çətin və qanlı olacaq. “Çətinlik ondadır ki, biz hər şeyi qaytarmaq istəyirik, Rusiya isə heç nə qaytarmaq istəmir. Prezident eləcədə hesab edir ki, müharibənin sonu diplomatik olacaq.…

ABŞ Rusiyanın neft gəlirlərinə zərbə vurmağa hazırlaşır

ABŞ hakimiyyəti Rusiyanın neft gəlirlərinə daha bir zərbə vurmağa və ölkəni qlobal enerjinin əsas oyunçusu statusundan məhrum etməyə hazırlaşır. Bu barədə “New York Times” keçmiş və indiki ABŞ rəsmilərinə istinadən yazıb. Plan xüsusilə Vaşinqtonun qərarlarına məhəl qoymayan xarici alıcılara aid olacaq ikinci dərəcəli sanksiyaların və neftin alış qiymətinə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur. Bu şirkətlərə Qərb…

Ukraynada “Rus Radiosu”nun adı dəyişdirilərək “Radio Bayraktar” oldu

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası “Rus Radiosu – Ukrayna” radiostansiyasının adını “Radio Bayraktar” olaraq dəyişib. Bununla da Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larının Ukraynanın müdafiəsinə verdiyi töhfə bir daha vurğulanıb. Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələri ölkə ərazisindəki hərbi əməliyyatlarda adıçəklən zərbə dronlarından geniş istifadə edir.