Stoltenberq NATO-nun Rusiya ilə dialoqa hazır olduğunu bildirib

“NATO yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırdır”. Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib. “Mən ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Rusiyanın Ukrayna ətrafındakı hərbi gücünün deeskalasiyasını müzakirə etdim. NATO vahid cəbhədə çıxış edir. Biz yanvarın 12-də keçiriləcək NATO Şurası – Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırıq”,…

2021-ci ildə cəmi 402 milyard dollar qazanan 10 nəfər…

Başa çatan 2021-ci il ərzində dünyanın ən zəngin 10 adamı cəmi 402,17 milyard dollar qazanıb.  Bu barədə “Bloomberg” agentliyinin milyarderlər indeksində bildirilir. Belə ki, “Bloomberg Billionaires Index” dekabrın 29-da olan rəqəmlər əsasında “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın hesablarında 277 milyard dollar olduğunu müəyyən edib. Ötən ilin əvvəlindən bəri “Tesla”nın sahibinin sərvəti 121…

Yerə doğru təhlükəli asteroidlər yaxınlaşır

Yerə doğru potensial təhlükəli iki asteroid yaxınlaşır. Bu barədə “The Sun” qəzeti NASA-nın məlumatlarına istinadən yazır. Səma cisimlərindən biri – asteroid 2013 YD48 – Britaniyanın Vestminster sarayının saat qülləsi Biq-Ben ölçüsündədir, ikinci asteroid 7482 YD48 ABŞ-ın Nyu-York şəhərindəki 102 mərtəbəli göydələn Empayr-state-bildinqdən iki dəfə böyükdür. 2013 YD48 asteroidinin eni təqribən 104 metrdir və yanvarın 11-də…

“Koronavirusu çiçək pandemiyası əvəzləyəcək, ölüm üç qat artacaq”

Amerikalı milyarder Bill Qeyts hesab edir ki, yaxın gələcəkdə koronavirus pandemiyası zəifləyəcək. Lakin onun yerini çiçək epidemiyası tutacaq və ölüm nisbəti üç dəfə artacaq. Sahibkarın fikrincə, bunun səbəbi bioterrorizm ola bilər. Milyarderin sözlərinə görə, terrorçuların virusu insanların sıx olduğu yerlərdə, məsələn, hava limanlarında süni olaraq yayması kifayətdir ki, qlobal miqyaslı pandemiya baş versin. “Əgər bioterrorçular…

Bayden Putinə söz verdi

Xəbər verildiyi kimi, ötən axşam Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. Putinin köməkçisi Yuri Uşakov liderlərin təxminən 1 saata yaxın davam edən qapalı söhbətinin bəzi təfərrüatlarını mətbuata açıqlayıb. Onun sözlərinə görə, Co Bayden Vladimir Putinlə telefon danışığında bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu vurğulayıb. “Prezident Baydenin söhbət…

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti – Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edib. Müraciətdə deyilir: -Əziz həmvətənlər. 2021-ci il arxada qaldı. 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır. Biz beynəlxalq arenada öz mövqelərimizi…

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı rəsmi tviter səhifəsində Şuşanın fotosunun fonunda hazırlanan təbrik paylaşımı edib. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!”, – paylaşımda bildirilib.

“AİP” sədri Qulu İbrahimov dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib

Ukrayna, Kiyev, 31 dekabr 2021  / Platform4.news /   “Əziz həmvətənlər!  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Sizi ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının həmrəyliyi getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən…

Türkiyə Fransa və ABŞ-dakı erməni lobbisinə xəbərdarlıq etdi

“Ermənistanla normallaşma Türkiyədə yaşayan ermənilərin də Ermənistanla daha rahat əlaqə qurmalarını təmin edəcək. Ancaq xüsusilə dünyanın iki ölkəsində, yəni Fransa və ABŞ-dakı erməni diasporu bu mərhələdə məsuliyyətli davranmalıdır”. Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. “Bundan sonra 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu iddia edib, bunu şərt kimi gündəmə gətirməyin heç kimə faydası yoxdur. Artıq Cənubi Qafqazda…