Zelenski son bir ildə yaşadığı otağı göstərib

Vladimir Zelenski artıq bir ildir ki, Prezident Aparatında yaşayır. Ukrayna Prezidentinin Aparatında çarpayı,  saç yuyan maşın, stol, televizor və soyunub-geyinmə otağı olan ayrıca otaq var. Prezident etiraf edib ki, o, bomba sığınacağına enib, lakin vaxtının çoxunu orada keçirib. “Bu mənim evimdir. Artıq bir ildir ki, burada yaşayıram. Elektrik enerjisinə qənaət etdiyimiz üçün burada həmişə işıqları…

Azərbaycanda Ramazan ayı nə vaxtdan başlayır?

Azərbaycanda müqəddəs Ramazan ayının daxil olacağı gün məlum olub. Bu barədə Qafqaz Müsəlmanlar İdarəsi məlumat yayıb. Bildirilib ki, Ramazan ayının hilalı Azərbaycan üfüqündə mart ayının 22-də görünəcək. Ramazanın ilk günü isə mart ayını 23-də olacaq. Aprelin 21 və 22-si Ramazan bayramıdır. Qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, Ramazan bayramı günləri iş…

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

“Yaxın zamanlarda müəllimlərin işə qəbulu imtahanlarının tarixləri barədə məlumat veriləcək”. Bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib. O qeyd edib ki, bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində müəyyən dəyişikliklər edilib: “Əvvəl MİQ imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular…

“Mançester Yunayted”lə “Barselona” revanş oyununa çıxırlar – AFİŞA

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Baş tutacaq qarşılaşmaların ardından 1/8 finala adlayacaq 8 klubun adına aydınlıq gələcək. Raundun ən diqqətçəkən cütlüyü olan İspaniya “Barselona”sı ilə İngiltərə klubu “Mançester Yunayted” bu dəfə ikincilərin meydanında üz-üzə gələcəklər. “Nou Kamp”dakı qollu bərabərliyin revanşında komandalar “Old Trafford”da münasibətlərinə aydınlıq gətirəcəklər. Turnirin digər favoritləri hesab…

Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərər açıqlanıb

Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (DIW) apardığı araşdırmada 24 fevral 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib. Araşdırma qrupundan olan Maykl Qroemlinq müharibənin “böyük qlobal iqtisadi əhəmiyyətə” malik olduğunu vurğulayaraq, enerji və xammal tədarükü ilə bağlı problemlərin şirkətlərə təzyiq göstərdiyini bildirib. Araşdırmanın nəticələrində qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon…

Altı nəhəng qalaktika kəşf edildi

Ceyms Uebb kosmik teleskopu kainatda bir anda altı fövqəladə böyük qalaktika kəşf edib. Onların kütləsi Günəşin kütləsindən təxminən 100 milyard dəfə çoxdur. Pensilvaniya Dövlət Universitetinin mətbuat xidməti çərşənbə günü bildirib ki, yeni kəşflər kosmoloqların kainatın ilk qalaktikalarının təkamülü ilə bağlı fikirlərini bir daha şübhə altına alır. Alimlərin hazırkı fikirlərinə görə, ilk qalaktikalar kainatda böyük partlayışdan…

“Ukraynada baş verənlərdən narahatıq”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Baş Assambleyanın Ukraynaya həsr olunmuş 11-ci fövqəladə xüsusi sessiyasında çıxış edib. Diplomat qeyd edib ki, böhran dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüququn norma və prinsipləri əsasında, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət çərçivəsində həll olunmalıdır. O, digər üzv dövlətlərlə yanaşı Azərbaycanın da Ukraynada baş verənlərdən dərin narahatlıq keçirdiyini ifadə…

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya…

“Rusiya yüksək riskə getməyə hazırdır”

“Rusiya NATO ilə silahlı münaqişədən yayınmaq istəyir, lakin yüksək riskə getməyə də hazırdır”. Bu açıqlama ilə İsveçin Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Lena Xallin çıxış edib. İsveçin Təhlükəsizlik Xidmətinin rəhbəri əlavə edib ki, Rusiya İsveç üçün hərbi təhlükə yaradır, lakin hazırda onun bütün diqqəti Ukraynadakı müharibəyə yönəlib. Lena Xallin bildirib ki, Rusiya Federasiyası İsveç…

Polşa Belarus yük avtomobilləri üçün sərhədi bağladı

Polşa Daxili İşlər Nazirliyinin Belarus yük maşınlarının “Kukuriki-Kozloviçi”də sonuncu sərhəd keçid məntəqəsində yüklərin daşınmasını qadağan edən qərarı çərşənbə axşamı qüvvəyə minib. Bundan sonra Belarus avtomobilləri ölkəyə yalnız Litva və ya Latviya vasitəsilə daxil ola bilər. Polşa daxili siyasət idarəsinin bildirdiyi kimi, qadağa “Belarus hakimiyyəti Polşa daşıyıcıları üçün məhdudiyyətləri aradan qaldırana qədər” qüvvədə olacaq. Polşanın sərhəd…