Yaxın illərdə yeni dünya müharibəsi başlaya bilər

Yaxın beş ildə böyük dövlətlər arasında silahlı münaqişə baş verə bilər. Bunu “The Wall Street Journal” qəzetinin eksperti Endryu Mista bildirib. Ekspertin fikrincə, ABŞ və Çin arasında qarşıdurma riski əvvəlkindən qat-qat yüksəkdir. İki ölkə arasında Tayvanın statusu bağlı mübahisə aktiv müharibəyə çevrilə bilər. Mişta hesab edir ki, Amerika ordusunun hələlik müharibə formatına hazır olmaması səbəbindən…

Ukrayna ABŞ-dan bir milyard dollar yardım istəyir

“Ukraynanın məqsədi ABŞ-dan 1 milyard dollar yardım almaqdır”. Bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba deyib. “ABŞ-ın 2022-ci il büdcə layihəsində Ukraynaya yardımın ümumi məbləği 756 milyon dollar nəzərdə tutulub. Bunun 400 milyon dolları təhlükəsizliyin gücləndirilməsi üçündür. Amma bizim 1 milyard dollar həcmində dəstək almaq məqsədimiz dəyişməz olaraq qalır . Əminik ki, ona doğru…

“Ərdoğanla Putinin dostluğu elə bir həddədir ki…”

“Prezident Ərdoğanla Putinin çox isti dostluq əlaqələri var” deyən Dmitri Peskov Osmanlı imperiyasının yenidən qurulması ilə bağlı suala da cavab verib. Peskov yeni Osmanlının qurulması ilə razılaşmayıb: “Türkiyənin türk birliyi ideyaları populyardır. Bəli, bizim tatar, başkırdlar kimi, Mərkəzi Asiya türklərinin də Türkiyə ilə ortaq tarix, ümumi mədəniyyətləri var. Dil tarixi və adət-ənənələri də oxşayır. Bunda…

Dövlət Komitəsi “Diaspor Gəncləri 1+1” layihəsinə start verib

Diasporla İş üzrə Dövlət Komitəsi “Diaspor Gəncləri 1+1” layihəsinə start verib. 15-21 dekabr tarixlərində təşkil olunan layihəyə 9 fərqli ölkədən 18 nəfər iştirakçı qatılacaq. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Yəni hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda…

Ukraynadakı diasporumuz kiksboksinq üzrə Azərbaycan yığmasının üzvləri ilə görüşüb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmtəsisçisi, sərbəst güləş üzrə Azərbaycan və SSRİ-nin Əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivin Kiyev şəhərində keçirilən “Wizard Open-2021” beynəlxalq kikboksinq turnirində uğurla çıxış edən Azərbaycan komandasının məşqçi və hakim heyəti ilə görüşüb. “Bakinets” güləş idman klubunda baş tutan görüş zamanı…

İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olundu. İqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin…

ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşlərini alqışlayır

ABŞ Dövlət Departamenti Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşlərə münasibət bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün “Twitter” hesabında bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutmuş son görüşlərini alqışlayır. “Biz regiona sülh gətirmək üçün birbaşa əlaqələri güclü şəkildə dəstəkləyirik”, – N. Prays…

Prezident Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Əliyev Siyavuş Hüseyn oğlu Quliyev Fəlah Fəxrəddin oğlu Mustafayev Zahid Seyfəddin oğlu Tahirov Rasim Firudinoviç…

Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə təşkil edilən tədbirdə qonaqları salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov əlamətdar günün əhəmiyyətinə toxunub. Bildirib ki, miqrasiya ilə bağlı ictimaiyyəti narahat edən məsələlər üzrə maarifləndirmənin artırılması, problemlərin həlli üçün siyasi iradə və resursların səfərbər edilməsi, bəşəriyyətin miqrasiyanın idarə edilməsi və miqrantların hüquq…

Prezident təhsil işçilərinin əməkhaqlarını artırıb

Prezident İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış…