Türkiyə Finlandiyanın NATO üzvlüyünə razılıq verəcək

Türkiyənin ticarət naziri Mehmet Muş və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Vaşinqtonda ABŞ Ticarət Palatası və Türkiyə Ticarət Palata və Birjaları Birliyinin (TOBB) birgə təşkil etdiyi Türkiyə-ABŞ biznes forumunda iştirak ediblər. Kalın Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ Konqresinin bəzi üzvləri ilə əhəmiyyətli təmaslarda olub. “Ciner”…

ABŞ aviasiyasının ən yaxşı “F-16” pilotu Ukrayna üçün döyüşməyə razılıq verdi

ABŞ aviasiyasının “ən ölümcül “F-16” pilotu”, istefada olan polkovnik-leytenant Den Hempton Ukrayna səmasını müdafiə etməyə hazır olduğunu açıqlayıb. O hesab edir ki, Ukrayna “F-16” qırıcılarını idarə etmək təcrübəsi olan əcnəbi pilotlar tapmalıdır, bu, qələbəni yaxınlaşdırmağa kömək edəcək. Amerikalı hərbçi vurğulayıb ki, tərəfdaşlar arzulanan təyyarələri Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəklər, ancaq ən əsası – həmin təyyarələri…

“Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”

“Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”. Bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib. “Adriatik dənizindən Asiyaya qədər uzanan geniş coğrafiyada bizim çox geniş əməkdaşlıq…

“Caliber” Berlin-Bakı münasibətləri haqqında

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini iki sözlə xarakterizə etmək olar: dəqiqlik və enerji. Azərbaycan xarici siyasətinin əsas keyfiyyətlərindən biri kimi dəqiqlik və Almaniya mentalitetinin özəyi kimi dəqiqlik… Enerji anlayışı isə bu kontektdə geniş mənalar ehtiva edir. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti buraxılışda qeyd olunub. Azərbaycan Avropaya enerji resurslarının mühüm tədarükçüsüdür. Almaniya Azərbaycan neftinin…

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

“Zirvə görüşünün təşkil olunmasındakı təşəbbüsə görə can Azərbaycanın Prezidenti İlham Əliyevə şəxsim, millətim adından minnətdarlığımı bildirirəm”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib. “Bugünkü Zirvəmizlə türk dünyasının tək ürək olduğunu ən yüksək səviyyədə bir daha göstərmiş olacağıq”, – deyə Türkiyə lideri əlavə…

Türkiyə Britaniya və ABŞ ilə birgə bəyanat imzaladı

Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Somali, Türkiyə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının nümayəndələri Somalidə təhlükəsizlik, dövlət quruculuğu, inkişaf və humanitar fəaliyyətlə bağlı birgə bəyanat yayıblar. Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi martın 7-də məlumat verib. Ölkə nümayəndələri Vaşinqtonda görüşüblər. Tərəfdaşlar terrorizmlə mübarizədə Somali federal hökumətinə dəstəklərini ifadə ediblər. Onlar Somalinin “Əl-Şəbab” qruplaşması ilə mübarizəsini dəstəkləmək…

BMT zəlzələnin Türkiyəyə vurduğu ziyanın məbləğini açıqladı

“Fevral ayında baş verən zəlzələlərin Türkiyəyə vurduğu ziyan 100 milyard dolları keçə bilər”. Jurnalistlər üçün keçirilən brifinqdə çıxış edən BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Vinton belə deyib. BMT-nin nümayəndəsi Hatay vilayətindəki vəziyyəti “apokaliptik” adlandıraraq, yüz minlərlə evin dağıldığını bildirib. “Yardıma ehtiyac böyükdür, lakin resurslar azdır”, – deyə Luiza Vinton vurğulayıb.

“Dörd ölkə risk altındadır – 15 milyon insanın yaşadığı ərazi su altında qala bilər”

“15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, buzlaqların əriməsi genişmiqyaslı daşqınlara səbəb ola bilər”. Bu qənaətə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri gəliblər. Alimlərin fikrincə, əsrin sonuna qədər Yer üzündəki 215 min buzlağın təxminən yarısı əriyəcək. Bu da buzlaq göllərinin çatlamasına və nəticədə daşqınlara səbəb olacaq. Bu proses dörd ölkəyə dağıdıcı təsir göstərəcək ki, bunlar…

BMT Ukraynada həlak olan dinc sakinlərin sayını açıqladı

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan indiyədək 21 793 mülki şəxs zərər çəkib. Onlardan 8 173 nəfər həlak olub. Bunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı açıqlayıb. Bildirilib ki, 8 000-dən çox ölümlə yanaşı, BMT Rusiyanın təcavüzü nəticəsində 13 620 nəfərin də yaralandığını qeydə alıb. Ötən ay 589 zərərçəkmiş təsdiqlənib – 138 dinc sakin həlak…

ABŞ və İsrail İranın nüvə silahlarına qarşı tədbirləri gücləndirmək barədə razılığa gəldilər

ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. Bu barədə Ağ Evin yaydığı iki ölkənin birgə bəyanatında deyilir. “Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla nəzərdən keçirdilər və İsrail ilə ABŞ arasında çoxillik təhlükəsizlik tərəfdaşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsdiq etdilər”, – deyə məlumatda…