İlham Əliyev: Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq

“Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində – 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq…

Azərbaycan səfirliyi Respublika Günü münasibətilə ziyafət təşkil etdi

Azərbaycanın əsas dövlət bayramı – Respublika Günü – 28 Mayda Kiyevin “Intercontinental” otelində bir ziyafət təşkil edərək Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən qeyd olundu. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova 103 il əvvəl 28 may 1918-ci ildə Müsəlman Şərqində ilk dünyəvi dövlətə çevrilən və 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin (ADR) elan olunduğunu xatırladı.…

Pandemiya dövründə metrodan istifadə qaydaları

Pandemiya dövründə metrodan istifadə qaydaları Tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir; Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər cərimlənəcəklər; Yüksək hərarəti olanlar metroya buraxılmayacaqlar; Metroda fəaliyyət göstərən apteklərdə tibbi maska satılacaq; 31 may saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma bərpa olunur. Metro şənbə və bazar günləri işləməyəcək.

Dünya azərbaycanlıları Respublika günündə bir araya gəlib

Diasporla İş üzrə Dövlət Komitəsinin “28 may – Respublika günü” münasibətilə təşkil etdiyi virtual konfransa 58 ölkədən 367 nəfərə yaxın soydaşımız, o cümlədən Cümhuriyyətçilərin müxtəlif ölkələrdə yaşayan varisləri, eyni zamanda 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının yaxınları, şəhid ailələrinin üzvləri, “Karabakh is Azerbaijan” platformasının təmsilçiləri, diaspor könüllüləri və diaspor gəncləri qatılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra…

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Dünya azərbaycanlılarına! Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 28 may – Respublika Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib. Təbrik müraciətində deyilir: Əziz dünya azərbaycanlıları! Sizi xalqımızın milli bayramı – Respublika Günü münasibətilə təbrik edir və hər birinizə ən xoş arzularımı bildirirəm. Cənab Ali Baş Komandanın rəhbəriyi ilə əldə edilmiş tarixi Qələbəmiz builki 28…

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə telefon danışığına dair məlumatı 27 may 2021-ci il tarixində qarşı tərəfin təşəbbüsü ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Nazir Dmitro Kuleba 28 May…

Nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışından məlumat

2021-ci ilin 25 may tarixində Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib. Çıxışında nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT-ə verdiyi önəmi, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və ciddi riayət edilməsinin əhəmiyyətini vurğuladı. Ermənistanın Azərbaycana qarşı təcavüzü, son 28…

“Anatolian Phoenix-2021” beynəlxalq təlimi davam edir

Türkiyə Respublikasının Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir. Beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır. Təlim iyunun 4-dək davam edəcək.

Xarkovda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidənin təqdimatı keçirilib

Xarkov şəhərində abadlaşdırılan “Filosoflar meydanı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş abidə-kompozisiyanın təqdimatı keçirilib. PLATFORM4.NEWS  AZƏRTAC – a istinadən xəbər verir ki, abidə Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov tərəfindən hazırlanıb. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, azərbaycanlı Emin Nəcəflinin maliyyə dəstəyi ilə gerçəkləşən kompozisiya azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadəyə,…

Co Bayden İlham Əliyevə təbrik məktubu göndərdi

ABŞ prezidenti Cozef R.Bayden Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. PLATFORM4.NEWS AZƏRTAC-a istinadən xəbər verir. Məktubun mətnində deyilir: “Hörmətli cənab Prezident. Amerika xalqı adından Sizə və Azərbaycan xalqına 28 May – Respublika Günü münasibətilə səmimi salamlarımı və təbriklərimi çatdırıram. Bu il Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçir. Bu müddət ərzində Amerika…