Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib

Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən  Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər,…

“Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”

“Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib. “Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da Heydər Əliyev ili olaraq qəbul edilməsindən məmnuniyyət hissi keçirdim”, – Türkiyə Prezidenti əlavə edib.

Boris Conson yenidən baş nazir ola bilər

Sentyabrın 6-da vəzifəsini tərk edən Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson xələfi Liz Trassın istefasından sonra hökumət başçısı postu uğrunda mübarizə aparmaq niyyətindədir. Bildirilir ki, Conson bunun milli maraq məsələsi olduğunu düşünür. Həmçinin, digər mənbələrdən yayılan məlumata görə, xarici ticarət naziri Kemi Beydnok da baş nazirlik uğrunda mübarizə aparmaq niyyətindədir. O, bu yay artıq…

“Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın dirçəliş dastanıdır” – VİDEO

“İşğaldan azad edilən torpaqlarda bir ildə iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi iş deyil”. Türkiyənin Haber Global telekanalının məlumatına görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bəyan edib. “Azərbaycan torpaqları sanki küllərindən təmizlənərək ayağa qalxır. Açılışını etdiyimiz Zəngilan Beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra Qarabağın dirçəliş dastanının…

“İlham Əliyev dünyaya mesaj verdi” – VİDEO

Türkiyənin Haber Global telekanalı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini işıqlandırmaqda davam edir. Teleşirkətin növbəti süjeti Azərbaycan və Türkiyə liderlərinin ortaq mətbuat konfransına həsr olunub. Prezident İlham Əliyevin tədbirdəki çıxışının önə çəkildiyi videomaterialda dövlət başçısının bütün dünyaya mesaj verdiyi bildirilir. “Bu gün Türkiyə-Azərbaycan qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli bir dövlət bizim qardaşımızdır. Bu, bizim…

Rusiya Ukrayna və Belarus sərhədinə qoşun və texnika cəlb edir

Rusiya Ukrayna və Belarus sərhədinə daha çox qoşun və texnika cəlb edir. Bununla bağlı yayılan peyk görüntülərində Belarusun Zyabrovka hava limanı ərazisində hərbi yük maşınlarının sayının artdığını görmək mümkündür. Eyni zamanda hərbi şəhərciyin ərazisinin genişləndiyi də müşahidə olunur. Jurnalistlər sözügedən ərazinin peyk görüntülərini təhlil edib. Belə nəticəyə gəliblər ki, son bir ay ərzində orada aktiv dəyişikliklər…

Cəbrayılda Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib – VİDEO

Oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə,…

İlham Əliyevin ağırlıqqaldırmadakı məharəti Ərdoğanı və üçqat Olimpiya çempionunu heyrətləndirdi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Mərasimdə maraqlı anlar yaşanıb. Belə ki, Prezident İlham Əliyev ağırlıqqaldırma üzrə bacarığını nümayiş etdirib. Dövlət başçısının məharəti Türkiyə nümayəndə heyətini, qardaş ölkənin nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan türkiyəli ağırlıqqaldırma üzrə üçqat Olimpiya, beşqat dünya və doqquzqat…