ABŞ PUA-sı uçuş rekorduna imza atdı

“Airbus” şirkətinin istehsalı olan “Zephyr” pilotsuz uşuş aparatının prototipi sınaq çərçivəsində 40 gündür ki, Arizona səmasında dövr edir. Kəşfiyyat və müşahidə dronu günəş enerjisi ilə işləyir. Məlumata görə, PUA-nın qanadlarının uzunluğu 25 metr, çəkisi 75 kiloqramdır. O, 21,3 km hündürlüyə qalxa bilir. “Airbus” bildirir ki, dron faydalı yük daşıya və hətta hücum əməliyyatları üçün də…

Boris Conson Ukraynaya vida səfəri edəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson səlahiyyətlərinin icrasına son verməzdən əvvəl Ukraynaya səfər etmək niyyətindədir. O, fevralın 24-dən sonra üçüncü dəfə Kiyevə baş çəkmək istəyir. Xatırladaq ki, dünən Conson silaha sarılaraq Ukrayna hərbçiləri ilə təlim keçib. Hökumət başçısı daha öncə Britaniya parlamentində vida nitqi ilə çıxış edərkən Ukraynanın qayğısına qalmağa çağırış etmişdi.

“Rusiya taxıl dəhlizinin fəaliyyətini poza bilər”

“Rusiyanın fəaliyyətlərinə görə taxıl sazişinin müəyyən müddətə yerinə yetirilməsinə zəmanət vermək çox çətindir”. Bu sözləri Ukraynanın maliyyə nazirinin müavini Aleksandr Kava deyib. O, qeyd edib ki, Ukrayna taxılının “Odessa”, “Çernomorsk” və “Yujnıy” limanlarından daşınmasına tezliklə başlanılması üçün hər şey edilir. Nazir müavininin sözlərinə görə, müqavilədə taxılın daşınması üçün 120 gün müddət nəzərdə tutulub: “Əgər bu…

“Ukrayna hər gün 30 hərbçisini itirir”

Ukrayna ordusunun gündəlik itkiləri təxminən 30 ölü və 250 yaralı təşkil edir. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü “The Wall Street Journal”a müsahibəsində deyib. Nəşrin məlumatına görə, dövlət başçısı may və iyun aylarında öldürülən ukraynalı hərbçilərin daha çox – gündə 100-200 nəfər olduğunu bildirib.

İspaniya Avropada qaz üzrə alternativ plan təklif etməyə hazırlaşır

İspaniya Avropanı qazla təmin etmək üçün alternativ plan təklif etmək niyyətindədir. Bu barədə İspaniyanın Ekoloji Keçid Nazirliyindəki mənbələr məlumat verib. İspaniya öz təklifini çərşənbə axşamı Aİ enerji nazirlərinin iclasında açıqlayacaq. Söhbət Pireneydən keçən iki qaz kəmərinə aid olacaq. Qaz istehlakını azaltmaq zərurətindən qaçmaq üçün İspaniyanın qaz sisteminin logistik imkanlarından istifadə etmək təklif olunur. O cümlədən,…

“Rusları əzişdirməsən heç nə başa düşməyəcəklər”

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, bu gün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq yersizdir. Belə ki, əvvəlcə işğal olunmuş əraziləri azad etmək lazımdır. Bu barədə o, “The Wall Street Journal”a müsahibəsində deyib. O vurğulayıb ki, beş aylıq müharibədən sonra Ukrayna vətəndaşları Rusiya ilə danışıqlara hazır deyil. “Cəmiyyət hesab edir ki, əvvəlcə bütün ərazilər…

Amerikalı senatorlar Rusiyanın Ukraynada törətdiklərinin soyqırımı kimi tanınmasını istədi

ABŞ senatorları Cim Riş və Ben Kardin Rusiyanın Ukraynadakı hərəkətlərini, xüsusən deportasiyaları və mülki şəxslərin qəsdən öldürülməsini Ukrayna xalqının soyqırımı kimi tanıyan qanun layihəsini təqdim ediblər. Bu barədə Senatın Xarici Əlaqələr Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir. “Rusiyanın Ukraynada etdiklərinin soyqırımı olduğuna şübhə yoxdur”, – deyə Riş qeyd edib. “Keçən ay mən gəzdiyim kimi, Kiyev, İrpen…

Prezidentdən Qarabağ İqtisadi Rayonu ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncamla “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilir: Müşahidə Şurasının sədri Emin Hüseynov – Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş…

“Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı üçün mühüm əsasdır”

“Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı və sabitliyi üçün mühüm əsasdır”. Bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son 30 ildə iki ölkə arasında münasibətlər dinamik inkişaf edib: “Biz bu il Gürcüstanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu tarix hər iki ölkə üçün çox vacib…

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iyulun 20-23-ü tarixlərində Koreya Respublikasına səfər edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində iyulun 21-də Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında…