Qəbələdə kənd təsərrüfatının inkişafı hərtərəfli qayğı ilə əhatə olunub

Qəbələdə kənd təsərrüfatının inkişafı hərtərəfli qayğı ilə əhatə olunub Cari ildə Qəbələ rayon əkinçiləri tərəfindən 386 hektar sahədə tərəvəz əkilib. Rezonans.az xəbər verir ki, torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək yığım apardıqları 282 hektar tərəvəz sahəsindən 2386.2 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 84.6 sentner təşkil edir.…

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin…

Lukaşenkodan şok iddia

“Üçüncü Dünya Müharibəsinin başlaması riski var”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, yeni dünya müharibəsi riskini gördüyünü söyləyib və ölkəsinin döyüş meydanına çevrilməsini istəmədiyini vurğulayıb: “Düşünməyin ki, bir növ müharibəyə başlamaq üçün vəziyyəti qəsdən gərginləşdirirəm. Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyini deyirəm, bu zarafat deyil”. O qeyd edib ki, tarixdə bir neçə dəfə dünyanın əsas…

Merkeldən gözlənilməz qərar

Almaniya Kansleri Angela Merkel avqustun 20 -də Moskvaya səfər edəcək. Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert açıqlama verib. Kansler səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. “Avqustun 20-də federal kansler Moskvaya gedəcək, gələn həftənin əvvəlində proqramın məzmunu haqqında məlumat verəcəyik. Onun prezidentlə görüşəcəyi dəqiqdir”, – Zaybert qeyd edib. O, həmçinin Moskva səfərindən…

Prezidentə qarşı sui-qəsd

Madaqaskar Prezidenti Andri Rajuelina özünə qarşı sui-qəsd və çevriliş planının üstü açıldıqdan sonra bütün nazirləri istefaya göndərib. Rajuelina və Baş nazir Kristian Ntsayın birgə bəyanatında kabinetdəki bütün nazirlərin vəzifələrindən azad edildiyi bildirilib. Prezidentin kabinetdən təkcə Baş nazir Ntsayın yerini qoruduğu məlum olub. Yeni nazirlərin adlarının həftənin sonunda açıqlanacağı gözlənilir. Nazirlər Kabinetindəki dəyişiklik Rajuelinanı hədəf alan…

ABŞ Əfqanıstana 3 minə yaxın hərbçi göndərəcək

ABŞ Müdafiə Nazirliyi yaxın 48 saat ərzində Əfqanıstanın paytaxtı Kabilə 3 minə yaxın hərbçi göndərəcək. Bunu ənənəvi brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib. Onun sözlərinə görə, hazırda Kabildə 650 ABŞ hərbçisi var: “Göndərəcəyimiz hərbçilər orada olan qoşunlara qoşulacaqlar”. C.Kirbi qeyd edib ki, ABŞ Əfqanıstana ölkənin Kabildəki səfirliyini qorumaq üçün əlavə qüvvələr göndərir. Pentaqonun…

Avqustun 11-də yaşanan reallıq: Azərbaycanın görünən sərt üzü

Avqust ayının 11-də baş vermiş üç hadisə regionda çox qəliz mürəkkəb proseslərin getdiyindən xəbər verir və uzağa gedən bir sıra nəticələr çıxarmaq üçün əsaslar yaradır. Həmin gün Azərbaycan Müdafiə Nazirliyi sərt bəyanat qəbul etdi. Bəyanatda 2020-ci ilin 10 noyabrda imzalanan sənədin 4-cü bəndinin yerinə yetirilmədiyi vuruğulandı. Həmin bəndə görə erməni silahlılarının tör-töküntüləri Qarabağı tərk etməli…

Qarabağ savaşından sonra mühüm gəlişmə

“Azərbaycan Ermənistanla müharibədə Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatlarından (PUA) geniş şəkildə istifadə etdi. Azərbaycan PUA-ların hesabına havada Ermənistan üzərində tam nəzarəti əldə etdi. Rusiyanın keyfiyyətli PUA-ları olmadığına görə Ermənistana nəsə verə bilmədi”. Bu barədə “Atlas” Araşdırmalar Mərkəzindən  bildirilib. Məqalədə bildirilib ki, Qarabağ uğrunda müharibə Türkiyə istehsalı olan PUA-ları məşhurlaşdırdı: “İsrail də bu…

Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının X konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının videoformatda X konfransı keçirilib. Rezonans.az xəbər verir ki, ilk öncə ulu öndər Heydər Əliyevin, mərhum millət vəkili, Ağsaqqallar şurasının sədri Fəttah Heydərovun və Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın gündəliyi təsdiq edildikdən sonra Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov ötən konfransdan keçən dövr…

Hulusi Akardan kritik açıqlama: “Pakistanla birlikdə…”

Türkiyə müdafiə naziri Hulusi Akar Pakistanda bu ölkənin Prezidenti Arif Əlvi ilə görüşüb. Pakistan lideri İslamofobiya kimi böyük problemlərin öhdəsindən gəlmək üçün birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb və ölkəsi ilə Türkiyənin beynəlxalq məsələlərdə eyni fikirdə olduğunu bildirib. Pakistanın Əfqanıstanda sülh və sabitlik üçün səmimi rol oynadığını qeyd edən Əlvi ölkəsinin Əfqanıstanda davam edən vətəndaş müharibəsindən…