“Qafqazda savaşlar və köçlər” mövzusunda Beynəlxalq Konfrans keçirildi

Türkiyə Ərzurum Atatürk Universitetinin və Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü ilə onlayn formatda “Qafqazda savaşlar və köçlər. 1855-1920-ci illər” mövzusunda elmi konfrans-simpozium keçirildi. Tədbiri giriş sözü ilə Ərzurum Atatürk Universitetinin professoru, tarix elmləri doktoru Gürsoy Solmaz açdı, konfrans iştirakçılarını salamladı, şəhidlərin xatirəsi yad olundu. O, sonra konfransın məqsəd və məramlarına dair iştirakçıları məlumatlandırdı, və ilk sözü əfsanəvi…

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında” qanunu imzalayıb. Platform4.news  7times.az-a istinadən xəbər verir ki, sənədə əsasən Azərbaycanda olan iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi təsis ediləcək. Belə ki, tərəflər…

Odessanın mərkəzində Azərbaycan Evi açılıb

Odessa şəhərində Azərbaycan diasporunun “Birlik” ofisi – Azərbaycan evinin açılışı olub. Açılışda  Diasporla İş üzrə Dövlət Komitəsi, Odessa meriyası, Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsi təmsil olunub. “Birlik” təşkilatı İdarə Heyətinin sədri Rövşən Quliyev qonaqları salamlayaraq, Azərbaycan evinin açılmasının diasporun təşkilatlanması yolunda atılmış mühüm addım olduğunu diqqətə çatdırıb. Diasporla İş üzrə Dövlət…

İranda Əliyevlə Ərdoğana da səs verildi

İrandakı prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da səs verilib. Seçicilər bülletenlərin üzərinə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın adlarını yazıblar. Qeyd edək ki, 18 iyunda İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi 17,8 milyon səslə qalib gəlib.

İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik etdi

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti cənab Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Rəisi, İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud…

İsveç millisi Slovakiyaya qalib gəldi

Futbol üzrə Avropa çempionatının E qrupunda II tura start verilib. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveç və Slovakiya yığmaları üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. 77-ci dəqiqədə penaltidən fərqlənən Emil Forsberq skandinaviyalılara vacib qələbə qazandırıb. Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveç seçməsi liderliyə yüksəlib. 3 xalı olan slovakiyalılar isə ikincidir. Qeyd edək…

“Teatrlar açıla bilər” – Nazir

“Teatrlar açıla bilər”. Bunu mədəniyyət naziri Anar Kərimov deyib. “Biz təkliflərimizi vermişik. Bu sahədə pozitiv xəbərlər olacaq. Biz özümüz də teatrların açılmasını səbirsizliklə gözləyirik. Dəqiq tarix deyə bilmərəm, ancaq teatrların bu yaxınlarda açılma ehtimalı var”, – deyə nazir qeyd edib.

İbrahim Rəisi İranın yeni prezidenti SEÇİLDİ

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib. TASS  xəbər verir ki, ilkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi 28,6 milyon seçicidən 17,6 milyonun səsini alıb. İranda dünən keçirilən prezident seçkilərində 4 namizəd mübarizə aparıb. Bunlar məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rezai, parlament sədrinin müavini Hüseyn Həzizadə…

Yoluxma sayı bu gün də azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 335437 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329462 nəfər müalicə olunaraq sağalıb, 4961 nəfər vəfat…

Baş nazirdən Füzuli, Laçın və Zəngilanda hava limanlarının tikintisi ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara dəyişikliklə Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.…