Yaponiya silkələndi

Sentyabrın 19-da Yaponiyanın Hönşü adasının mərkəzində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Yeraltı təkanların episentrinin Qifu prefekturasının şimalında, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Yeraltı təkanlar Qifu ilə qonşuluqda yerləşən Naqano prefekturasında da hiss olunub.

Avropa yeni ABŞ-İngiltərə-Avstraliya ittifaqından üç dərs çıxarmalıdır

ABŞ, Böyük Britaniya və Avstraliya arasındakı yeni müqavilə nəinki Fransaya zərər verdi, həm də bütün Avropanın beynəlxalq aləmdəki mövqeyini sarsıtdı. Bu barədə Fransanın “Le Monde” qəzetinin redaksiya məqaləsində yazılıb. Qəzet bildirir ki, Avropa İttifaqının mövcud vəziyyətdən üç dərs çıxarması vacibdir: Vaşinqton hər zaman “hər şeydən öncə Amerika” prinsipinə sadiqdir, London breksitdən sonra statusunu yaxşılaşdırmaq üçün vacib addım atdı, Aİ isə ABŞ-ın Çinə qarşı mübarizəsi çərçivəsində baş verən dünya nizamının yenidən təşkilində hansı statusda iştirak…

ABŞ donanması “Trident II” ballistik raketini sınaqdan keçirib

ABŞ Hərni Dəniz Qüvvələri (HDQ) Atlantik okeanında “Trident II” ballistik raketini sınaqdan keçirib. Bu barədə HDQ-nin “Twitter” səhifəsində məlumat yayılıb. Məlumatda qeyd olunur ki, sınaq müvəffəqiyyətlə başa çatıb:. “”Trident II D5LE” raketlərini Atlantik okeanı üzərində uğurla sınaqdan keçirdik Bu sınaqlar ABŞ-ın XXI əsrdə strateji çəkindirmə hazırlığı və imkanlarını göstərir”, – deyə HDQ qeyd edib. Olduqca…

Vətən müharibəsində şəhid olmuş Fariz Rəhimovun anım günü qeyd edilib

Vətən müharibəsində öz canlarını qurban verərək şəhid olmuş Qəbələnin qəhrəman oğullarından biri, Əmirvan kənd sakini Rəhimov Fariz  Zahir oğlunun doğum günü münasibətilə rayon icra hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət ediblər.   Rezonans.az xəbər verir ki, Fariz Rəhimovun xatirəsi sonsuz ehtiramla anılmış, məzarı üzərinə…

Beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədləri BMT-nin saytında dərc edilib

BMT Baş Assambleyasının vebsaytında İnsan Hüquqları Şurasının 13 sentyabr–8 oktyabr 2021-ci il tarixində keçiriləcək 48-ci sessiyasının gündəliyinə Azərbaycana dair təklif edilən iki sənəd yerləşdirilib. Mənbə: Diasporla İş üzrə Dövlət Komitəsi  //  Platform4.news Sənədlərin müəllifləri Cenevrədə yerləşən, BMT-də akkreditə olunmuş, qeyri hökümət təşkilatları olan- Hüquq və İnkişaf üzrə Beynəlxalq İnstitut (Institut International pour les Droits et le…

Rusiya şirkətləri Qarabağda “ağıllı şəhər” tikintisinə qoşula bilər

Rusiya tikinti şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində öz həllərini tətbiq edə bilər. Bunu  Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib. Onun sözlərinə görə, hazırda RİM Azərbaycan tərəfindən maliyyələşdirilməsi mümkün olan investisiya layihələrinin açıqlanmasını gözləyir: “Noyabr ayında biz Bakıda Rusiya şirkətləri üçün “Smart City” biznes missiyasını keçirməyi planlaşdırırıq. Bu tədbirdə 30-dək şirkət iştirak…

Fransanın hədələrinə Avstraliyadan diplomatik cavab

Avstraliya xarici işlər naziri Maris Peyn Fransa səfirinin geri çağırılmasına təəssüf edib. Peyn Fransanın məyusluğunu başa düşdüyünü, amma bu qərarın milli təhlükəsizliklə bağlı olduğunu deyib. O, Kanberranın Parislə münasibətlərinə qiymət verdiyini və gələcəkdə də qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirib. Qeyd edək ki, Avstraliya Fransa ilə 90 milyard dollar dəyərində olan sualtı qayıqlarla bağlı müqavilədən çıxıb…

Azərbaycanda Milli Musiqi Günüdür

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim…

Ukrayna Ermənistana və erməni diasporuna sanksiyalar tətbiq edə bilər

Ukrayna Prezidentinin rəsmi internet saytında BMT Baş Assambleyasının 76-cı sessiyasında bu ölkənin ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan və Belarusa qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı petisiya yaradılıb. Petisiyanın təşəbbüsçülərindən olan “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı mütəxəssisi, hərbi və siyasi şərhçi Aleksandr Kovalenko bildirib ki, sentyabrın 14-dən elan olunan petisiyada səsvermə sürətlə gedir. O…