Sahibə Qafarova Latviyanın baş naziri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfər çərçivəsində bu ölkənin Baş naziri Arturs Krişyanis Karinş ilə görüşüb. Görüş zamanı baş nazir Azərbaycan nümayəndə heyətini salamlayaraq, qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək. Latviyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini bildirən Baş nazir…

“Rusiya işğal yolunu seçsə…”

Kanada parlamenti Ukrayna böhranını müzakirə etmək üçün xüsusi gündəmlə iclas keçirib. Baş nazir Castin Trüdo müsbət COVID-19 testi səbəbiylə karantində olduğu evindən onlayn əlaqə ilə iclasa qatılıb. İki saatdan çox davam edən iclasda Trüdo deputatların suallarını cavablandırıb. “Rusiya münaqişə axtarır. Əgər Rusiya Ukraynanı işğal edərsə, bunun ciddi və ağır nəticələri olacaq”, – baş nazir deyib.…

“Rusiya ilə bağladığımız müqavilə NATO üçün narahatlıq yaratmır”

“Biz Rusiya ilə müqavilə bağlamışıq və bu, NATO üçün heç bir problem yaratmır. Çünki NATO ölkələrinin hər biri öz qərarını verərək silahını alır və biz də bu qərarı vermişik”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bizim S-400 məsələmiz Türkiyə ilə Rusiya arasında çox əhəmiyyətli addımdır. S-400 çox vacib müdafiə sistemidir. Biz S-400-ləri aldığımız…

Bayden Şərqi Avropaya əlavə qoşun göndərilməsini təsdiqlədi

ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu barədə CNN ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələr bildirib ki, qoşunların köçürülməsi yaxın günlərdə baş tutacaq. CNN-in mənbələrinə görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək. Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə…

Putin və Conson arasında müzakirə

Böyük Britaniyanın Baş naziri Boris Conson və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə rəsmi Kreml məlumat yayıb. Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti, habelə təhlükəsizlik zəmanəti məsələlərini müzakirə ediblər. Rəsmi Londonun məlumatında isə qeyd olunub ki, B.Conson V.Putinlə söhbətində diplomatiyanın vacibliyini və Ukraynanın danışıqlara cəlb edilməsinin labüdlüyünü vurğulayıb. Britaniyanın baş naziri Rusiyanın…

Ukrayna və Türkiyə azad ticarət zonası haqqında saziş imzalayıb

Ukrayna və Türkiyə ölkələr arasında azad ticarət sazişi imzalayıb. Platform4.news xəbər verir ki, bu, Vladimir Zelenski ilə Rəcəb Tayyib Ərdoğanın Kiyevdə görüşü zamanı baş verib. Müqavilə Mariinski sarayında imzalanıb. Hər iki ölkənin hökumətləri  imzaladılar: gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında saziş; Ukrayna Dövlət Vergi Xidməti ilə Türkiyənin Gəlirlər Administrasiyası arasında əməkdaşlıq memorandumu; hökumətlər arasında hüquq-mühafizə orqanları…

Xarkovda Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsi anılıb

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin şəhid olmasının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə öncə Milli Qəhrəmanın vaxtilə yaşadığı binaya həkk olunmuş xatirə lövhəsinin önünə Viktor Seryoginin ailə üzvləri, Xarkov Şəhər Şurasının və Azərbaycan…

Avstraliyada yaşayan azərbaycanlı alim yüksək etimada layiq görülüb

Azərbaycanlı alim Adil Bağırov Avstraliya Tədqiqatlar Şurasının (ARC) ekspertlər kollegiyasının üzvü təyin edilib. Bu barədə ARC ekspertlər qrupunun 2022-ci il üçün açıqlanan tərkibinə dair məlumatda bildirilib. Qeyd edək ki, ARC Avstraliya Birliyinin təşkilatı hesab olunur. Bu qurum tədqiqat məsələləri üzrə Avstraliya hökumətinə məsləhətlər verir, Müsabiqə Qrantları Milli Proqramını (NCGP) idarə edir və tədqiqatlar sahəsində nailiyyətlərin…

İlham Əliyev Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib. Prezident İlham Əliyev Forumda giriş nitqi söyləyib. Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə sizi və bütün Azərbaycan gənclərini ürəkdən təbrik etmək istəyirəm. İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin…

Təsis edildiyi gündən yüzdən çox layihə icra etmiş şirkət öz adını dəyişdirdi

“Agriculture Management and İnvestment Company” MMC 2016-cı ildə təsis edilmişdir. Aqrar layihələrin idarə edilməsi sahəsində fəaliyyət göstərməyə başlayan Şirkət daha sonra öz imkanlarını genişləndirərək bir çox başqa sahələrdə də layihələr icra etməyə başlamışdır. Həm yerli, həm də beynəlxalq tərəfdaşları ilə birlikdə yüzdən çox layihə icra edərək təhvil vermişdir. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Həvva Yaqublunun…