İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib. Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi Qərarda deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin…

Xaricdəki soydaşlarımız Prezident İlham Əliyevi təbrik edib

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, soydaşlarımız və ölkəmizə dost xalqların nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ünvanına 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik məktubları daxil olur. Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov, “Qala” Azərbaycan-Yunanıstan Dostluq Təşkilatının sədri…

Ukrayna paytaxtında Zəfər Günü şərəfinə şou-aksiya təşkil edilib

Kiyev şəhərində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə şou-aksiya keçirilib. Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin təşəbbüsü və təşkilatçılığı ilə paytaxtın mərkəzi Klovskaya küçəsi-7 ünvanındakı inzibati binalardan birinin üzərində Azərbaycanın möhtəşəm tarixi bayramları şərəfinə lazer-şou keçirilib. Aksiya zamanı Müzəffər Ali Baş Komandan, Prezident…

ABŞ-ın Texas ştatında Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib

ABŞ-ın Hyuston şəhərində Texas ştatında yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib. Platform4.news  Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, diaspor nümayəndələrini…

Zəngəzur dəhlizinin yaradılması regionda əməkdaşlığı daha da gücləndirəcək

“Bir neçə gün öncə, 8 noyabr tarixində Zəfərimizin birinci ilini qeyd etdik. Münaqişənin başa çatması ilə əlaqədar Azərbaycan münaqişə sonrası bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcək. Dünya birliyinin bu inkişafa dəstəyi regionda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə xidmət edə bilər”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun…

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib. BP qrupunun baş icraçı direktoru Bernard Luni son görüşdən keçən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlar münasibətilə dövlət başçısını təbrik edib. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi ilə bağlı əldə edilmiş birgə uğurlar münasibətilə Bernard…

Zelenskinin çəkildiyi bu filmə Ukraynada qadağa qoyuldu

Ukraynada prezident Vladimir Zelenskinin çəkildiyi “Rjevski Napoleona qarşı” filminin kinoteatrlarda göstərilməsinə qadağa qoyulub. Bu haqda informasiyanı Ukrayna mətbuatı yayıb. Mənbə yazır ki, 2011-ci ildə Rusiyada çəkilən film Ukrayna Dövlət Kino Agentliyinin qərarı ilə prokatdan kənarlaşdırılıb. Agentlik bunun səbəbini geniş ictimaiyyətə açıqlamayıb.

Almaniya şirkətləri Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır

“Almaniya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır”. Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq bildirib. Səfir deyib ki, hazırda Almaniya-Azərbaycan şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edir: “Bundan başqa, Füzuli hava limanının tikintisində və Qarabağda aparılan digər tikinti işlərində iştirak edən Almaniya şirkəti də var”. V.Maniq Azərbaycan və Ermənistanı sülh şəraitində…

“Görünməz” PUA təqdim edildi

ABŞ Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası və Kratos Pilotsuz Hava Sistemləri tərəfindən XQ-58A “Valkyrie” adlı 3215 kilometr uçuş məsafəsinə malik silahlı pilotsuz uçuş aparatı hazırlanıb. “Valkyrie” ABŞ Hərbi Hava Qüvvələrinin süni intellektə malik pilotsuz döyüş hava layihəsidir. “Valkyrie” dronunda onu idarə edən və pilotlu qırıcı-bombardmançıların işlərini daha effektiv və səmərəli yerinə yetirməsinə kömək edən “Skyborg”…

Dünya 2,4 dərəcə istiləşəcək

Dünya qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq məqsədindən çox uzaqdır. Bunu məşhur iqlim təhlili koalisiyası olan “Climate Action Tracker” (CAT) açıqlayıb. Koalisiyanın təhlilinə görə, ölkələrin qarşıya qoyduğu qısamüddətli hədəflərə əsasən, temperatur artımları bu əsrin sonuna qədər 2,4 dərəcəni keçəcək. Bəyanatda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) qəbul edilmiş öhdəliklər sayəsində istiləşmənin 1,9 və ya 1,8 dərəcə…