Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

6 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə AR XİN-in rəhbər heyəti, İtaliyanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin…

“Rusiya – Ukrayna müharibəsinin üçüncü mərhələsi yaxınlaşır”

Rusiya  əvvəlki  iki uğursuz cəhdlərinə baxmayaraq,  genişmiqyaslı müharibənin üçüncü mərhələsinə başlamağa hazırlaşır.  Moskva ümumi səfərbərlik və bir neçə istiqamətdə yenidən hücuma cəhd edə bilər. Bunu PLATFORM4.NEWS -a şərhində Ukraynada yaşayan həmyerlimiz  “Analitik və İnformasiya Platforması” təşkilatın sədri, politoloq Qulu İbrahimov deyib. “Ruslar bütün səylərini Ukraynanın Donbassdakı qoşunlarını mühasirəyə almağa yönəldib.  İşğalçılar ORDLO (“LXR”-“DXR”) tərəfdən irəliləməyə…

Ukraynada həlak olan həmvətənimiz Azərbaycana təxliyə edilib

Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı – 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna cari ilin 4 may tarixində Azərbaycana təxliyə ediliblər. Bu barədə…

Zelenski tələblərini açıqladı

Ukrayna prezident Vladimir Zelenski ölkənin ərazi bütövlüyünün bərpasını hakimiyyətin əsas vəzifəsi adlandırıb. O, bunu “The Wall Street Journal”ın təşkil etdiyi icraçı direktorların sammitində deyib. Zelenski bildirib ki, Rusiya 24 fevrala qədərki sərhədlərə qayıtmalıdır və Krımı qaytarmalıdır. Dövlət başçısı tərəflər arasındakı danışıqların müsbət nəticə verə biləcəyini şübhə altına alıb. O, həmçinin, müharibədən sonra Ukraynanın bərpası üçün…

Daha bir Avropa ölkəsi turistlərlə bağlı qadağaları ləğv etdi

Xorvatiya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar daha əvvəl ölkəyə girişə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Xorvatiya Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilir. Artıq heç bir test tələbi olmadan, pandemiyadan əvvəlki dövrdə olduğu kimi ölkəyə girişə icazə verilir. Qeyd edək ki, aprelin ortalarından Xorvatiyada epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar koronavirusa görə tətbiq edilən qadağaların çoxu…

Lvov, Dnepr və Kiyevdə partlayışlar olub

Mayın 3-də axşam saatlarında Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib. Lvovun bir hissəsində elektrik enerjisi kəsilib. Vilayət hərbi idarəsinin rəhbəri Maksim Kozitski bildirib ki, şəhərə raket zərbələri endirilib. Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub. Həmçinin Kiyevin sağ sahilində də partlayışlar eşidilib. Sonradan məlum olub ki, Ukraynanın hava hücumundan…

Ukraynada həlak olan mülki şəxslərin sayı açıqlandı

BMT müharibə zamanı Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb. Bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının yaydığı hesabatda qeyd olunub. Məlumatda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı 3000-dən çox mülki şəxsin həlak olduğu deyilir. “BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi nəticəsində 3153 nəfərin öldüyünü və 3316 dinc…

Roma Papası Putinlə görüş üçün Moskvaya getmək istəyir

“Hazırda Putinin bu görüşü keçirmək istəməməsindən qorxsam da, biz yenə də israr edirik. Bu cür vəhşiliklərin qarşısını necə almamaq olar?” KİV xəbər verir ki,  Roma Papası Fransisk Ukrayna-Rusiya müharibəsini dayandırmaq üçün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini deyib. Müharibənin 20-ci günündə kardinal Parolinlə Rusiyaya xəbər göndərdiyini və Moskvaya getməyə hazır olduğunu deyən Roma Papası…

Zelenski Rusiyanın yeni hədəfini açıqladı

Ukrayna Prezidenti Volodimr Zelenski və yüksək səviyyəli Ukrayna rəsmiləri müharibənin 70-ci günü yaxınlaşarkən Rusiyanın məqsədinin “aclıq yaratmaq” olduğunu iddia ediblər. KİV xəbər verir ki, Zelenski Rusiya qüvvələrinin aclıq yaratmaq üçün taxıl anbarlarını hədəfə aldığını bildirib. Zelenski həmçinin Rusiyanın Qara dəniz limanlarını blokadaya aldığına görə, Ukraynanın on milyonlarla ton taxıl itirəcəyini və bunun da  Avropa, Asiya…

“Zəfər qurultayında iştirak məsuliyyətimizi daha da artırır”

“Dünya Azərbaycanlılarının V Qurultayınının keçirilməsi təkcə bizim üçün deyil, bütün xalqımız üçün böyük tarixi hadisə oldu. Qurultayın Şuşada olması isə ikiqat bayrama çevrildi”. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, bu sözləri Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin söyləyib. O qeyd edib ki, dünya azərbaycanlılarının Şuşada görüşməsi on…