Heydər Əliyev Mərkəzindən Türkiyəyə DƏSTƏK

Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub. Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub. Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak ediblər. Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri…

Fulya Öztürk: Filmdə izləyicilərin şahidi olduğum acı həqiqətləri görməsini istəyirəm

Vətən müharibəsində cəbhə bölgəsinə yollanan “CNN-Türk” kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli filmin çəkilişlərinə başlanılıb. Azərtac xəbər verir ki, bu sənədli filmdə İkinci Qarabağ müharibəsində Fulya Öztürk və onun operatoru Halil Kahramanın lentə aldığı, ancaq efirdə görünməyən kadlarından istifadə ediləcək. Müxbir Fulya Öztürk deyir ki, ilk dəfə kinorejissor Tahir Tahiroviçdən onun haqqında film ideyasını…

BÖLGƏ ÖLKƏLƏRİ NİYƏ TÜRKƏYƏNİ SEÇİR?

Türkiyə Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələri ilə də hərbi əməkdaşlığı genişləndirir. “Şuşa bəyannaməsi” Mərkəzi Asiya ölkələrinin diqqətini cəlb edib. Qazaxıstan və Özbəkistan Türkiyə ilə birgə hərbi təlimlərə və birgə hərbi texnika istehsalına üstünlük veriblər. Ankara Qırğızıstan, Türkmənistan, hətta Tacikistanı da unutmayıb. Türkiyənin Orta Asiya üzrə xarici siyasət prioritetlərini şərh edən politoloq Elxan Şahinoğlu Müdafiə naziri…

“Xankəndində qarşıdurmalar artıb, bunun əsas səbəbi…”

“Xankəndində yaşanan son hadisələr göstərir ki, bizim öncədən irəli sürdüyümüz proqnozlar özünü doğruldur. Nikol Paşinyanın yenidən seçiləcəyini demişdik. Ermənistan əhalisinin ovqatı ilə tanış olduqca bunun təbii nəticə kimi ortaya çıxdığını görmək olur. Əlbəttə, Paşinyanın müharibədə məğlub olması onun imicinə böyük zərbə vurdu və revanşistlər də bundan istifadə etməyə çalışdı, hazırda da edirlər. Çünki Ermənistanda Rusiyanın…

Fulya Öztürk tənqidlərə cavab verdi:

Platform4.news bildirir ki,Türkiyənin “CNN Türk” telekanalının hərbi müxbiri Fulya Öztürk Teleqraf.com-a eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik: – Azərbaycanın Vətən müharibəsindən bəhs edən “Azərbaycanfilm” və Türkiyənin tanınmış şirkəti “DADA Film Prodakşn”ın birgə istehsalı ilə “Fulya” filminə çəkilirsiniz. Film çəkilişləri necə gedir? – Filmin çəkilişləri Qarabağda, Şuşada, Tərtərdə, Ağdamda aparıldı, özümüzü daha məsuliyyətli hiss etdik. Bir az yorulduq, amma…

Rusiyalı analitik: “Ermənistanın gələcəyi sual altında olacaq”

“İndi Azərbaycan və Ermənistan üçün vacib olan yeni səhifə açmaqdır. Yəqin ki, bunu indi etmək İrəvan üçün daha çətindir”. Bunu Rusiya Beynəlxalq İşlər Şurasının baş direktoru, politoloq Andrey Kortunov deyib. “Ermənistanın gələcəyi sual altında olacaq” Rusiyalı politoloqun sözlərinə görə, Ermənistandakı revanşist əhval-ruhiyyə bu ölkənin gələcəyini sual altına qoyur: “Ermənistan üçün yeni səhifədən başlamaq daha çətindir.…

Vətən müharibəsi iştirakçısı jurnalist Toğrul Həsənov: “Vətəni qorumaq mənim üçün böyük şərəfdir!” (MÜSAHİBƏ)

Rezonans.az “Vətən müharibəsi qəhrəmanlarını tanıyaq!” silsiləsini davam etdirir. Bu gün ki, müsahibimiz ötən ilin 44 günlük Vətən müharibəsində könüllü olaraq fədakarlıq göstərən əsgərlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Üniversitetinin məzunu, Rezonans.az informasiya portalının Baş redaktor müavini, jurnalist Toğrul Həsənovdur. – Salam Toğrul! Aldığımız məlumata əsasən ötən ilin Vətən müharibəsində iştirak edən oğullarımızdan biri də sənsən.…

Medianın İnkişafı Agentliyinin yaradılması mətbuata hansı töhfələr verəcək? – Əməkdar jurnalistdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ölkə başçısının 12 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru…

Yadplanetlilərlə bağlı İNANILMAZ SİRLƏR AÇILDI: İnsanları aldatmayın, həqiqət belədir

ABŞ-ın tanınmış fiziki Adam Frank naməlum uçan obyektlərlə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, son günlər yadplanetlilərin olduğu barədə yayılan videolar şübhəlidir. O bildirib ki, bu hadisəni yadplanetlilərlə əlaqələndirmək üçün kifayət qədər detal yoxdur. Alim Pentaqonun açıqlamasına isə belə münasibət bildirib: “Bəzi pilotlar uçan obyektlərlə qarşılaşır. Obyektlər fizika qanunlarına uyğun olmayan sürət və trayektoriya ilə…